Əraf Surəsi 75. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
Onun qövmünün təkəbbürlü zadəganları öz aralarından iman gətirən zəiflərə dedilər: “Siz Salehin öz Rəbbi tərəfindən göndərildiyini bilirsinizmi?” Onlar dedilər: “Həqiqətən, biz onunla gön-dərilən­ hər şeyə inanırıq”.
Bünyadov-Məmmədəliyev:
Saleh tayfasının (iman gətirməyi) özlərinə sığışdırmayan təkəbbürlü başçıları içərilərindən iman gətirən əlsiz-ayaqsız yoxsullara üz tutub: “Siz Salehin, doğrudan da, Rəbbi tərəfindən göndərilmiş (bir peyğəmbər) olduğunu bilirsinizmi?” deyə soruşdular. Onlar: “Bəli, biz onunla göndərilən hər bir şeyə (bütün dini hökmlərə) inanırıq!” deyə cavab verdilər.
Elmir Quliyev :
Знатные люди из его народа, которые превозносились, сказали уверовавшим из числа тех, кто был слаб: "Знаете ли вы, что Салих послан своим Господом?" Они сказали: "Мы веруем в то, с чем он послан".
Ələddin Sultanov:
Qövmünün təkəbbürlü başçıları, özlərindən olan iman gətirmiş zəif kimsələrə belə dedilər: “Siz Salehin (həqiqətən) Rəbbi tərəfindən göndərilmiş bir elçi olduğunu bilirsinizmi?!” Onlar: “Biz onunla göndərilənə inanırıq!” - dedilər.
Kerbelayi Malik ağa:
Onun qövmündən təkəbbürlənən öndərlər iman edənlərdən gücsüz, zəif gördüklərinə belə dedilər: ‘Salehin şübhəsiz onun Rəbbi tərəfindən göndərildiyini bilirsinizmi?’ (Onlar): ‘Şübhəsiz ki, biz onunla göndərilən şeyə inananlarıq.’ dedilər.
Ələsgər Musayev:
Onun qoumundan o kəslər ki, təkəbbürlü idi böyükləri, onlardan olan inanan zəiflərə dedilər: «Ə, Salehin Rəbbi tərəfindən göndərilmiş olduğunu bilirsinizmi?» Dedilər: «Həqiqətən, biz o, ilə göndərilib, inanırıq!»
A.Mehdiyev və D.Cəfərli:
Onun qövmünün təkəbbürlü başçı böyükləri onların zəif salınmış möminlərinə dedilər: «Siz Salehin, Rəbbi tərəfindən göndərildiyini bilirsiniz?» Onlar dedilər: «Şübhəsiz, biz onun, göndərilmiş olduğu şeyə iman gətirmişik».
Kövsər Tağıyev:
Qövmünün kibrlənən öndərləri xor görülüb əzilən inananlara: “Siz Salihin, Rəbbi tərəfindən göndərilmiş bir peyğəmbər olduğunu (həqiqətən) bilirsinizmi?” dedilər. Onlar da: “Biz şübhəsiz, onunla göndərilənə inananlarıq”, dedilər.
M.Qənioğlu və T.Bilaloğlu:
Onun tayfasından təkəbbür göstərən başçılar tayfanın iman gətirən zəif, əlsiz-ayaqsızlarına dedilər “Bilirsinizmi ki, Saleh öz Rəbbi tərəfindən göndərilmişdir?” Onlar dedilər "Həqiqətən, biz onunla göndərilənə inanırıq“.
Sabirə Dünyamalıyeva:
Qövmündən təkəbbürlü başçılar, aralarından iman gətirən, zəif görünən kəslərə dedilər ki: "Siz Salehin həqiqətən Rəbbi tərəfindən göndərilən bir elçi olduğunu bilirsinizmi?" Onlar, "Həqiqətən biz, onunla göndərilənə inanırıq!" dedilər.