Əlixan Musayev:
Onlara Bizim tərəfimizdən haqq gəldikdə: “Şübhəsiz ki, bu, açıq-aydın bir sehrdir!”– dedilər.
Bünyadov-Məmmədəliyev:
Onlara Bizim tərəfimizdən haqq gəldikdə: “Bu, aşkar bir sehrdir!” – dedilər.
Elmir Quliyev
:
Когда к ним явилась истина от Нас, они сказали: "Воистину, это — очевидное колдовство".
Ələddin Sultanov:
Tərəfimizdən onlara haqq gəldiyi zaman: “Şübhəsiz, bu açıq-aşkar bir sehrdir!” - dedilər.
Kerbelayi Malik ağa:
Beləcə onlara dərgahımızdan haqq gəldiyi zaman: ‘Şübhəsiz ki, bu açıq-aşkar bir sehrdir.’ dedilər.
Ələsgər Musayev:
Amma elə ki, Bizim yanımızdan
onlara haqq gəldi, dedilər: «Həqiqətən, bu, aşkar sehrdir!»
A.Mehdiyev və D.Cəfərli:
Beləliklə, elə ki, Bizim tərəfimizdən onlara haqq (Musanın dəlilləri və möcüzələri) gəldi, dedilər: «Şübhəsiz bu, açıq-aydın bir cadudur».
Kövsər Tağıyev:
(Ey Muhamməd!) Sən nə iş görürsən gör, ona dair Qur`andan nə oxuyursan oxu və (ey insanlar, siz də) nə iş görürsünüz görün, siz onunla məşğul olduğunuz zaman biz sizi mütləq görürük. Nə yerdə, nə də göydə zərrə ağırlığında, (hətta) bu zərrədən daha kiçik və ya daha böyük olsun heç bir şey Rəbbindən uzaq (və gizli) olmaz, hamısı açıq-aydın bir kitabda (Lövhi-məhfuzda yazılı)dır.
M.Qənioğlu və T.Bilaloğlu:
Bizim tərəfimizdən onlara haqq gəldikdə isə onlar. “Əslində bu, açıq-aşkar sehrdir” - dedilər.
Sabirə Dünyamalıyeva:
Onlara Bizim tərəfimizdən həqiqət gəlincə, "Heç şübhəsiz ki, bu, həqiqətən açıq-aşkar bir sehrdir!" dedilər.