Əlixan Musayev:
Həqiqətən, Qarun Musa ilə həmtayfa idi. Amma onlara qarşı yamanlıq edirdi. Biz ona elə xəzinələr vermişdik ki, onların açarlarını daşımaq bir dəstə qüvvətli adama ağır gəlirdi. Qövmü ona dedi: “Öyünmə! Həqiqətən, Allah öyünənləri sevmir.
Bünyadov-Məmmədəliyev:
Həqiqətən, Qarun Musa qövmündən (Musanın əmisi oğlu) idi. Onlara (İsrail oğullarına) qarşı (zülm etməkdə, Musanın üzünə ağ olmaqda və özünü yuxarı tutmaqda) həddini aşmışdı. Biz ona açarlarını bir dəstə güclü adamın zorla daşıya biləcəyi xəzinələr vermişdik. Qövmü ona belə dedi: “(Malına qürrələnib) sevinmə. Şübhəsiz ki, Allah (malına qürrələnib) sevinənləri sevməz!
Elmir Quliyev
:
Воистину, Карун (Корей) был соплеменником Мусы, но притеснял их. Мы даровали ему столько сокровищ, что ключи от них были обременительны даже для нескольких силачей. Соплеменники сказали ему: "Не ликуй, ведь Аллах не любит тех, кто ликует.
Ələddin Sultanov:
Qarun Musanın qövmündən idi və onlara qarşı azğınlıq etmişdi. Biz ona elə xəzinələr vermişdik ki, onun açarlarını daşımaq güclü adamlardan ibarət bir dəstəyə belə ağır gəlirdi. O zaman qövmü ona belə demişdi: “Qürrələnmə! Şübhəsiz ki, Allah qürrələnənləri sevməz. (Təfsirlərdə qeyd olunduğuna görə, Həzrət Musanın əmisi oğlu olan Qarun İsrail oğulları arasında Tövratı ən yaxşı bilənlərdən biri hesab olunurdu və ticarətdə də çox mahir idi. O, elmi və sərvəti ilə qürrələnirdi. Əvvəlcə Həzrət Musaya iman edən Qarun dünya malına olan tamahı ucbatından münafiqliyə yönəlmiş və beləliklə də məhv olmuşdu.)
Kerbelayi Malik ağa:
Qarun, Musanın (ə.s) qövmündən idi. Sonra onlara qarşı həddini aşdı. Ona xəzinələr verdik. Belə ki, həqiqətən onun açarlarını güclü bir dəstə zorla daşıyırdı. Qövmü ona ‘Sevinmə (qürurlanma), şübhəsiz ki, Allah qürurlananları sevməz.’ demişdi.
Ələsgər Musayev:
H?qiq?t?n, Qarun Musan?n qoumundan idi v? zulm edirdi onlar?n uz?rind?. ?ta etdik ona x?zin?l?r ki, onlar?n acarlar?n? das?maq quvv?t sahibi olan d?st?y? ag?rl?q edirdi. Onda ki, qoumu ona dedi: «F?r?hl?nm?. H?qiq?t?n, Allah sevm?z f?r?hl?n?nl?ri!
A.Mehdiyev və D.Cəfərli:
Həqiqətən, Qarun Musanın qövmündən (onun əmisi oğlu) idi. (Fironun vergisini İsrail övladlarından almaq üçün məmur olunmuşdu.) (O) onlara qarşı həddini aşdı və zülm etdi. Ona o qədər xəzinələr vermişdik ki, onların açarları güclü bir dəstəyə ağırlıq edirdi. (Yada sal,) o zamanı ki, qövmü ona dedi: «(Malına qürrələnib) sevinmə. Çünki Allah (malına qürrələnib) sevinənləri sevməz».
Kövsər Tağıyev:
Şübhəsiz, Qarun Musanın qövmündən idi. Onlara qarşı azğınlıq etdi. Biz ona, (sadəcə) açarlarını (belə) güclü bir dəstənin çətinliklə daşıyacağı xəzinələr verdik. Qövmü ona belə dedi: “Qürrələnmə! Çünki Allah təkəbbür göstərərək qürrələnənləri sevməz”.
M.Qənioğlu və T.Bilaloğlu:
Qarun Musanın tayfasından idi və o, onlara qarşı pisliklər edirdi. Biz ona elə xəzinələr vermişdik ki, onların açarları güclü bir dəstəyə belə ağırlıq edirdi. O zaman tayfası ona dedi: "Qürrələnib fərəhlənmə, Allah qürrələnib fərəhlənənləri sevmir.
Sabirə Dünyamalıyeva:
Şübhəsiz, Qarun Musanın qövmündən idi, ancaq onlara qarşı azğınlıq etmişdi. Biz ona elə xəzinələr vermişdik ki, şübhəsiz, onun açarları güclü-qüvvətli bir tayfaya ağırlıq edərdi. Bir zaman qövmü ona demişdi ki: "Qürrələnmə! Şübhəsiz ki, Allah qürrələnənləri sevmir. Və Allahın sənə [bir nemət] bəxş etdiyində, axirət yurdunu istə. Dünyadakı nəsibini də unutma!