Yusif Surəsi 77. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
Onlar dedilər: “Əgər o oğurlayıbsa, daha öncə onun qardaşı da oğurluq etmişdi”. Yusuf bunu öz içində gizlədib onlara açıb söyləmədi (öz-özünə:) “Siz daha pis mövqedəsiniz. Allah sizin dediyinizi çox yaxşı bilir”– dedi.
Bünyadov-Məmmədəliyev:
(Qardaşlar) dedilər: “Əgər o (Bin Yamin) oğurlamışdırsa, bundan qabaq onun bir qardaşı da (Yusif də) oğurluq etmişdi. . Yusif bu sözü ürəyində saxlayıb onlara açmadı dedi: “Siz (Allah yanında ondan) daha pis bir mövqedəsiniz. Allah sizin (mənə qardaşıma yalandan) aid etdiyiniz şeyləri daha yaxşı bilir!”
Elmir Quliyev :
Они сказали: "Если он украл, то ведь еще раньше воровал его брат". Йусуф (Иосиф) утаил это в своей душе и не открылся им, а только подумал: "Ваше положение еще более отвратительно, и Аллаху лучше знать о том, что вы измышляете".
Ələddin Sultanov:
Onlar dedilər: “Əgər o oğurlayıbsa, daha əvvəl onun bir qardaşı da oğurluq etmişdi”. Yusif bunu ürəyində saxladı onlara bildirmədi. O dedi: “Siz daha pis bir vəziyyətdəsiniz. Allah sizin söylədiklərinizi (o işin əslini) daha yaxşı bilir”. (Rəvayətə görə, Həzrət Yusifin xalası onu çox sevirdi. Yusif böyüdüyü zaman xalası onu öz yanında saxlamaq istəyirdi. Bunun üçün Həzrət İbrahimdən miras qalan kəməri Yusifin belinə bağlayıb sonra da kəmərin itdiyini söylədi. Kəməri axtardılar Yusifin üstündən tapdılar. Şəriətə uyğun olaraq xalası onu öz yanında saxladı. Yuxarıdakı ayədə Yusifin qardaşları bu hadisəyə işarə etmişdilər.)
Kerbelayi Malik ağa:
Belə dedilər: ‘Əgər o, oğurlamışsa ondan əvvəl onun qardaşı da oğurlamışdı.’ Lakin Yusif onu içində gizlətdi, onlara açıqlamadı. (İçindən dedi ki:) ‘Sizin vəziyyətiniz daha pisdir. Allah anlatdıqlarınızı çox yaxşı bilir.’
Ələsgər Musayev:
Dedilər: «Əgər oğurluq etmişsə, fəqət bundan qabaq onun qardaşı da oğurluq etmişdi». Yusif o sözü gizli saxlayıb, onlara bildirmədi. Dedi: «Siz şərli məqamdasız Allah bilir dediklərinizi!»
A.Mehdiyev və D.Cəfərli:
(Qardaşlar) dedilər: «Əgər o oğurluq edibsə (bu, təccüblü deyil), keçmişdə onun bir qardaşı da oğurluq etmişdi». Belə olan halda Yusuf həmin sözü öz qəlbində gizlətdi onlara bildirmədi (və öz-özlüyündə) dedi: «Siz səviyyəcə (insanlıq səviyyəsi baxımından) daha pissiniz (ki, əxlaqi tənəzzül həsəd sifətiniz vardır). Allah sizin dediyiniz şeyi daha yaxşı bilir.»
Kövsər Tağıyev:
Dedilər ki: “Əgər o oğurlayıbsa, daha əvvəl onun qardaşı da oğurlamışdı”. Yusuf bunu öz içində saxladı onlara bəlli etmədi. Dedi ki: “Siz pis bir məqamdasınız. Dediyinizi Allah daha yaxşı bilir”.
M.Qənioğlu və T.Bilaloğlu:
Onlar dedilər: "Əgər o oğurlayıbsa (bilin ki,) onun qardaşı ondan əvvəl oğru olub". Yusuf bunu ürəyində gizli saxlayıb, onlara açıb bildirmədi (öz-özünə) dedi: "Mövqeyiniz çox pisdir. Allah isə sizin demək istədiyinizi yaxşı bilir".
Sabirə Dünyamalıyeva:
Karvandakılar dedi ki: "Əgər o, yükündə su qabı tapılması oğru olursa, o zaman onun qardaşlarından hər hansı biri də; yəni bizdən birimiz də, daha əvvəl buğda əvəzi olaraq ödədiyimiz pullarımızı məmləkətimizə çatdığımızda yükümüz çıxmasıyla qətiliklə oğru olmuş olur. Halbuki bunun belə olmadığı qəbul edilmişdir, kimsə bizdən birimizi oğurluqla suçlamamıştır, bizə yenə buğda verilmişdir. Bu vəziyyətdə qardaşımız oğurluqla təqsirləndirilə bilməz." O vaxt Yusif olub bitəni sırlaştırdı onlara bu mövzuda şərh etmədi, "Siz çox pis bir mövqedəsiniz, səciyyələndirdiyiniz şeyi Allah ən yaxşı biləndir." dedi.