Əlixan Musayev:
Səndən əvvəl göndərdiyimiz elçilərə qarşı da belə davranmışlar. Sən Bizim qayda-qanunlarımızda heç bir dəyişiklik tapa bilməzsən.
Bünyadov-Məmmədəliyev:
Səndən əvvəl göndərdiyimiz peyğəmbərlər barəsindəki qayda-qanuna müvafiq olaraq. (Onların dövründə də belə etmişdik). Sən Bizim qayda-qanunumuzda heç bir dəyişiklik tapa bilməzsən! (Səndən əvvəlki ümmətlər öz peyğəmbərlərinə əziyyət verib ölkələrindən qovan kimi onlara əzab göndərər, hamısını məhv edərdik. Əgər Məkkə müşrikləri belə etsəydilər, həmin müsibət onların da başına gələcəkdi).
Elmir Quliyev
:
Так поступали с Нашими посланниками, отправленными до тебя. Ты не найдешь изменений в Наших установлениях.
Ələddin Sultanov:
Səndən əvvəl göndərdiyimiz peyğəmbərlər barəsindəki qayda da belə idi. Bizim qayda-qanunumuzda heç bir dəyişiklik görə bilməzsən!
Kerbelayi Malik ağa:
Səndən əvvəl də göndərdiyimiz rəsullarımız haqqında qanun (Sünnətullah) budur və qanunumuzda bir dəyişiklik görə bilməzsən.
Ələsgər Musayev:
səndən qabaq göndərdiyimiz rəsulların sünnətinə
görə və sən Bizim sünnətimizdə dəyişiklik tapa bilməzsən.
A.Mehdiyev və D.Cəfərli:
(Budur, Bizim) səndən qabaq göndərdiyimiz peyğəmbərlərimizin (barəsində olan) qayda və yolu(muz ki, onların ümmətlərindən bu cür itaətsizlik və azğınlıqların baş verməsinin ardınca tez bir zamanda həlak edilirdilər). Sən Bizim cari qayda-qanunlarımızda əsla bir dəyişiklik tapmazsan.
Kövsər Tağıyev:
Səndən əvvəl göndərdiyimiz peyğəmbərlərimiz haqqındakı qanun belədir. Bizim qanunumuzda heç bir dəyişiklik tapa bilməzsən.
M.Qənioğlu və T.Bilaloğlu:
Necə ki, səndən əvvəl göndərdiyimiz peyğəmbərlər üçün də bu, bir qayda olmuşdur. Sən isə Bizim qayda-qanunumuzda bir dəyişiklik tapmazsan.
Sabirə Dünyamalıyeva:
O halda, səndən əvvəl elçi kimi göndərdiyimiz kəslər haqqındakı qanunumuza/prinsipimizə görə, səndən sonra onlar da çox az qalacaqlar. -Bizim qayda-qanunumuzda hər hansı bir dəyişiklik görə bilməzsən.-