Əlixan Musayev:
Biz onu ayələrimizi yalan hesab edən adamlardan müdafiə etdik. Doğrudan da onlar, pis adamlar idilər. Odur ki, Biz onların hamısını suya batırdıq.
Bünyadov-Məmmədəliyev:
Biz ayələrimizi yalan hesab edən bir qövmə qarşı ona yardım göstərmişdik. Onlar, həqiqətən, pis bir camaat idilər. Buna görə də Biz onların hamısını (suya) qərq etdik.
Elmir Quliyev
:
Мы помогли ему в борьбе против людей, которые считали ложью Наши знамения. Они были злодеями, и Мы потопили их всех.
Ələddin Sultanov:
Biz onu ayələrimizi yalanlayan bir qövmdən qoruduq. Həqiqətən, onlar pis bir qövm idilər. Buna görə də onların hamısını suda boğduq.
Kerbelayi Malik ağa:
Ayələrimizi yalanlayan bir qövmə qarşı ona kömək etdik. Şübhəsiz ki, onlar pis bir qövm oldu. Beləcə onların hamısını boğduq.
Ələsgər Musayev:
Yardım etdik ona qoumdan – o kəslərdən ki, yalan saydılar
ayətlərimizlə Bizi. Həqiqətən, onlar oldular pis qoum və qərq
etdik Biz onları cəmiyyən.
A.Mehdiyev və D.Cəfərli:
Biz nişanələrimizi təkzib və inkar edən qövmdən (nicat verməklə) ona kömək etdik. Onlar doğrudan da pis işlər görən bir tayfa idilər. Buna görə də onların hamısını suda batırdıq.
Kövsər Tağıyev:
Ayələrimizi yalan sayanlara qarşı ona yardım etmişdik. Şübhəsiz, onlar pis bir qövm idilər. Bu səbəblə biz də onların hamısını suda boğduq.
M.Qənioğlu və T.Bilaloğlu:
Biz onu ayələrimizi yalan hesab edən adamlardan qoruduq. Axı onlar şər törədən adamlar idilər. Biz onların hamısını suya qərq etdik.
Sabirə Dünyamalıyeva:
Və ayələrimizi yalan hesab edənlər tayfasına qarşı ona kömək etdik. Şübhəsiz ki, onlar pis bir tayfaydı və Biz onları hamılıqla suya qərq etdik.