Möminun Surəsi 77. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
Nəhayət, şiddətli əzab qapısını onların üzünə açdığımız zaman dərhal ümidsizliyə qapılacaqlar.
Bünyadov-Məmmədəliyev:
Nəhayət, onların üzünə bir əzab qapısı açdığımız (Bədr vuruşunun müsibətinə düçar etdiyimiz) zaman dərhal ümidsizliyə qapıldılar (dilləri-ağızları quruyub, mat-məəttəl qaldılar).
Elmir Quliyev :
Когда же Мы распахнем перед ними врата тяжких мучений, они придут там в отчаяние.
Ələddin Sultanov:
Nəhayət, onlara şiddətli əzab qapısını açdığımız zaman dərhal ümidsizliyə qapıldılar.
Kerbelayi Malik ağa:
Nəhayət onların üzərinə şiddətli əzab qapısını açdığımız zaman onlar ümidsizlik içində oldular.
Ələsgər Musayev:
Ta onda ki, açdıq üzərinə onların şiddətli əzabın qapılarını, onda onlar orada özlərini itirmiş oldular.
A.Mehdiyev və D.Cəfərli:
Nəhayət (öldürməklə) üzlərinə ağır bir əzab qapısı açdığımız zaman, birdən həmin əzabın içində çaş-baş (nicat tapmaqdan hər şeydən) naümid olarlar.
Kövsər Tağıyev:
Nəhayət, onların üzünə şiddətli bir əzab qapısı açdığımız zaman görərsən ki, onun içində ümidsizliyə düşərlər.
M.Qənioğlu və T.Bilaloğlu:
Biz şiddətli əzab qapısını onların üzünə açan kimi onlar ümidsizliyə qapıldılar.
Sabirə Dünyamalıyeva:
Elə ki, onların üstünə əzabı çox şiddətli bir qapı açdıq, bir görərsin ki, onlar orada ümidsiz halda qalmışlar!