Furqan Surəsi 77. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
De: “Əgər yalvarmağınız olmasaydı, Rəbbim sizə diqqət yetirməzdi. Siz (haqqı) yalan saydınız. Ona görə (əzab sizi) rahat buraxmayacaqdır!”
Bünyadov-Məmmədəliyev:
(Ya Rəsulum, bu Məkkə müşriklərinə) de: “Əgər ibadətiniz olmasa, Rəbbimin yanında qədir-qiymətiniz olar? Siz (Quranı öz Peyğəmbərinizi) təkzib etdiniz. Buna görə (nə dünyada, axirətdə əzab) yaxanızdan əl çəkməyəcəkdir!”
Elmir Quliyev :
Скажи: "Мой Господь не стал бы обращать на вас внимание, если бы не ваши молитвы. Вы сочли это ложью, и скоро оно (наказание) станет неотступным".
Ələddin Sultanov:
De: “Əgər duanız (ibadətiniz) olmazsa, Rəbbim sizə üçün dəyər versin! (Ey kafirlər!) Siz (haqqı) təkzib etdiniz. Buna görə (sizə əzab) vacib olacaqdır!”
Kerbelayi Malik ağa:
(Onlara): ‘Əgər dualarınız olmazsa, Rəbbim sizə dəyər verməz. Halbuki siz yalanladınız. Lakin (əzab) qaçınılmaz olacaq.’ de.
Ələsgər Musayev:
De: «Əgər ibadət etməyəsiniz, Rəbbim çağırışlarınızı qəbul etməz. Fəqət siz yalan saydınız indi sizin üçün qaçılmaz olacaq».
A.Mehdiyev və D.Cəfərli:
(Müşriklərə) de: «Əgər mənim Rəbbim (ümumi mərhəmətin bəhanəyə yer qoymamaq üçün dəlil-sübutun tamamlanmasının tələbinə əsasən) sizi (tovhid imana) dəvət etmək istəməsəydi, sizə əhəmiyyət verməzdi. Çünki həqiqətən siz (Onun ayələrini) təkzib etdiniz. Buna görə (bu təkzib) tezliklə (sizin üçün) ayrılmaz daimi bir əzab olacaqdır.»
Kövsər Tağıyev:
(Ey Muhamməd!) De ki: “Duanız olmasa, Rəbbim sizə dəyər versin! Siz təkzib etdiniz. Elə isə əzab yaxanızdan əl çəkməyəcək”.
M.Qənioğlu və T.Bilaloğlu:
De: "Əgər siz Rəbbimə ibadət etmirsinizsə, O da sizə diqqət yetirməz. Siz (peyğəmbəri, Quranı) yalan hesab etdiniz. Odur ki, (əzab) yaxanızdan əl çəkməyəcəkdir.
Sabirə Dünyamalıyeva:
De ki: "Dualarınız olmasa, Rəbbim sizə qiymət verərmi, siz qətiyyən dua etmədiniz, təkzib etdiniz? Artıq dua etməmək, təkzib etmək sizin yaxanızı buraxmayacaq; özünüzü bu vəziyyətdən xilas edə bilməyəcəksiniz "