Maidə Surəsi 77. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
De: “Ey Kitab əhli! Dini-nizdə haqsız yerə ifrata varmayın. Öncə azmış, bir çoxlarını da azdırmış doğru yoldan çıxmış bir dəstənin istəklərinə tabe olmayın”.
Bünyadov-Məmmədəliyev:
De: “Ey kitab əhli! Dininizdə haqsız yerə ifrata varmayın. Əvvəlcə yolunu azmış, bir çoxlarını da azdırmış doğru yoldan çıxmış bir tayfanın nəfsinin istəklərinə uymayın!”
Elmir Quliyev :
Скажи: люди Писания! Не проявляйте чрезмерности в вашей религии вопреки истине и не потакайте желаниям людей, которые еще раньше впали в заблуждение, ввели в заблуждение многих других и сбились с прямого пути".
Ələddin Sultanov:
De: “Ey kitab əhli, dininizdə haqsız yerə həddi aşmayın! Daha əvvəl öz yolundan azmış, bir çoxlarını da azdırmış doğru yoldan çıxmış olan bir qövmün arzularına uymayın!”
Kerbelayi Malik ağa:
De ki: ’Ey Kitab Əhli! Dininizdə haqsız yerə həddi aşmayın. Daha əvvəl dəlalətə düşmüş, bir çoxlarını da dəlalətə düşürmüş səvva edilmiş yoldan sapmış olan bir qövmün həvalarına uymayın.’
Ələsgər Musayev:
De: «Ay əhli kitab! Öz dininizdə haqsız ifrata varmayın tabe olmayın bundan qabaq azmış əksəriyyətinidə azdıraraq düz yoldan uzaq düşən qoumun istəklərinə!»
A.Mehdiyev və D.Cəfərli:
De: «Ey kitab əhli, öz dininizdə haqsız yerə ifrata varmayın (bəşər övladını Allah ya Allahın oğlu, yaxud üç Allahdan biri hesab etməyin) həmçinin bundan qabaq (fitrətin düz yolundan) azmış, çoxlarını azdırmış doğru yoldan (peyğəmbərlərin şəriətlərindən) sapmış dəstənin nəfsi istəklərinə tabe olmayın».
Kövsər Tağıyev:
De ki: “Ey Kitab əhli! Haqdan kənara çıxaraq dininizdə həddi aşmayın. Daha əvvəl yolunu azmış, bir çoxlarını da azdırmış zəlalətə düşmüş bir millətin arzu həvəslərinə uymayın”.
M.Qənioğlu və T.Bilaloğlu:
De: “Ey Kitab əhli! Dininizdə haqsız yerə ifrata varmayın. Öncə yolunu azmış, bir çoxunu da azdırmış düz yoldan çıxmış camaatın həva-həvəsinə uymayın.
Sabirə Dünyamalıyeva:
De ki: "Ey Kitab əhli! Dininizdə haqqın xaricində ifrata varmayın. Daha əvvəl azmış, bir çoxlarını azdırmış haqq yolun ortasından çıxmış bir tayfanın istəklərinə uymayın."