Həcc Surəsi 78. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
Allah yolunda lazımınca cihad edin. O, sizi seçdi atanız İbrahimin dinində olduğu kimi, bu dində sizin üçün heç bir çətinlik yaratmadı. Peyğəmbər sizə, siz insanlara şahid olasınız deyə, Allah həm əvvəl (nazil etdiyi kitablarda), həm bu (Kitabda) sizi müsəlman adlandırdı. Elə isə namaz qılın, zəkat verin Allaha möh­­kəm sarılın. O sizin Himayədarınızdır. O gözəl Himayədar, gözəl Yardımçıdır!
Bünyadov-Məmmədəliyev:
(Ey möminlər!) Allah yolunda layiqincə cihad edin. O (Öz dini üçün) sizi seçdi dində sizin üçün heç bir çətinlik yeri qoymadı atanız İbrahimin dini (dinində olduğu) kimi. (Ey Muhəmməd ümməti!) Allah bundan (Quran nazil olmamışdan) əvvəl də, bunda (Quranda) da sizə müsəlman adını verdi ki, (qiyamət günü) Peyğəmbər (dinin təbliği, sizin ona iman gətirməyiniz, itaət etməyiniz barədə) sizə, siz (əvvəlki peyğəmbərlərin Allahın hökmlərini öz ümmətlərinə çatdırdıqları halda) insanlara şahid olasınız. Elə isə (vaxtlı-vaxtında) namaz qılın, zəkat verin Allaha sığının. (Allah) sizin ixtiyar sahibinizdir. O yaxşı ixtiyar sahibi, necə gözəl imdada yetəndir!
Elmir Quliyev :
Усердствуйте на пути Аллаха надлежащим образом. Он избрал вас и не сделал для вас никакого затруднения в религии. Такова вера отца вашего Ибрахима (Авраама). Аллах нарек вас мусульманами до этого и здесь Коране), чтобы Посланник был свидетелем о вас, а вы были свидетелями о людях. Совершайте намаз, выплачивайте закят и крепко держитесь за Аллаха. Он ваш Покровитель. Как же прекрасен этот Покровитель! Как же прекрасен этот Помощник!
Ələddin Sultanov:
Allah yolunda layiqincə cihad edin! O sizi seçdi atanız İbrahimin dinindəki kimi, din barəsində sizə heç bir çətinlik vermədi. Peyğəmbərin sizə şahid olması, sizin insanlara şahid olmağınız üçün O, həm daha əvvəl (gələn kitablarda), həm bunda (Quranda) sizi “müsəlmanlar” adlandırdı. Elə isə namazı qılın, zəkatı verin Allaha sarılın (güvənin)! O, sizin mövlanızdır (himayədarınızdır). O gözəl mövla gözəl yardımçıdır!
Kerbelayi Malik ağa:
Allah üçün haqqıyla cihad edin. O, sizi seçdi. Dində sizin üçün bir çətinlik yaratmadı. O, atanız İbrahimin (ə.s) dinidir. O, sizi daha əvvəl ‘müsəlmanlar’ olaraq adlandırdı. Bunda da (Qurani Kərimdə də) rəsul sizə şahid olsun siz insanlara şahid olasınız deyə. Elə isə namazı qılın, zəkatı verin, Allaha sarılın. O, sizin Mövlanızdır. O, gözəl Mövla (dost) gözəl yardımçıdır.
Ələsgər Musayev:
Cəhd edin çalışın Allah yolunda haqq cihadla. O seçdi sizi etmədi sizin üzərinizə dində çətinlik atanız Ibrahimin millətidir. O adlandırdı sizi bundan qabaq müslim bu da, olsun rəsul şahid üzərinizdə olasınız şahidlər insanlar üzərində. Qalxın ayağa islahata əta edin zəkatı. Allah ilə yapışın. O Mövlanızdır sizin. Yaxşı Mövladır yaxşı Nəsirdir!
A.Mehdiyev və D.Cəfərli:
Allah (yolun)da Ona layiq tərzdə cihad edin. O, (Qur’an İslam neməti ilə) sizi seçib İslam dinində sizin üçün heç bir məşəqqət dözülməz çətinlik qoymayıb. (Heç bir çətin hökm çıxarılmayıb qarşıya çıxan hər bir çətinliyə bir yol qoyub.) Bu din (özünün əsas qolları ilə) atanız İbrahimin dini şəriətidir. (İbrahim Muhəmmədin, Muhəmməd isə İslam ümmətinin atasıdır. Deməli İbrahim müsəlmanların atasıdır.) Sizi əvvəldən (keçmiş peyğəmbərlərin kitablarında) bunda (bu kitabda) müsəlman adlandıran o olub. (Bu seçim) bu peyğəmbərin (Qiyamət günü) sizə sizin insanlara şahid olmağınız üçündür. (Məsumlar onların canişinləri Qiyamətdə bu ümmətə həmçinin keçmiş ümmətlərə şahid olacaqlar.) Buna görə namaz qılın, zəkat verin Allaha sığının. Sizin hami, sahib başçınız Odur. O necə gözəl hami necə gözəl yardımçıdır.
Kövsər Tağıyev:
Allah uğrunda haqqı ilə cihad edin. O, sizi seçdi dində sizə heç bir çətinlik yükləmədi. Atanız İbrahimin dininə tabe olun. Allah sizi həm daha əvvəl, həm bu Qur`anda müsəlman adlandırdı ki, Peyğəmbər sizə şahid (və nümunə) olsun, siz insanlara şahid (və nümunə) olasınız. Namazı etina ilə qılın, zəkatı verin Allaha sarılın. O, sizin sahibinizdir. O gözəl sahib, gözəl yardımçıdır!
M.Qənioğlu və T.Bilaloğlu:
Allah yolunda layiqincə cihad edin. O, sizi seçmiş, atanız İbrahimin dinində olduğu kimi dində sizin üçün bir çətinlik yaratmamışdır. O, sizi əvvəllər də, indi müsəlman adlandırmışdır ki, peyğəmbər sizə şahid olsun, siz insanlara şahidlər olasınız. Elə isə namaz qılın, zəkat verin Allahdan möhkəm yapışın! O, sizin mövlanızdır. gözəl mövla, gözəl kömək göstərən!
Sabirə Dünyamalıyeva:
O, sizi seçdi dində; atanız İbrahimin dinində/həyat tərzində sizin üçün bir çətinlik yaratmadı. O, daha əvvəl də, Quranda da, Elçinin sizə şahid olması, sizin insanlara şahid olmağınız üçün, sizə "Müsəlmanlar" adını verdi. Elə isə, səlatı yerinə yetirin [maddi zehni baxımdan dəstək olma; cəmiyyəti maarifləndirmə qurumlarını yaradın, qoruyun], zəkatı/verginizi verin Allah[ın dinindən] möhkəm yapışın. O, sizin ixtiyar sahibiniz; yol göstərən, kömək edən, himayəçi yaxınınızdır. O, necə gözəl ixtiyar sahibi, necə gözəl yardımçıdır!