Mömin Surəsi 78. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
Biz səndən əvvəl elçilər göndərmişdik. Onlardan bəziləri haqqında sənə danışmış, bəziləri haqqında isə danışmamışıq. Heç bir elçi Allahın izni olmadan hər hansı bir ayə gətirə bilməzdi. Allahın əmri gəldikdə isə ədalətlə hökm verilər yalan danışanlar orada ziyana uğrayarlar.
Bünyadov-Məmmədəliyev:
Biz səndən əvvəl peyğəmbərlər göndərmişdik. Onlardan kimisi haqqında sənə xəbər vermiş, kimisi haqqında xəbər verməmişik. Heç bir peyğəmbər Allahın izni olmadan bir möcüzə gətirə bilməz. Allahın (kafirlərə əzab verilməsi barədə) əmri gəldikdə (peyğəmbərlər onları təkzib edənlər arasında) ədalətlə hökm olunar. Yalan danışanlar (batil söyləyənlər) elə oradaca ziyana uğrayarlar.
Elmir Quliyev :
Мы уже отправляли посланников до тебя. Среди них есть такие, о ком Мы рассказали тебе, и такие, о ком Мы не рассказывали тебе. Все посланники показывали знамения только с дозволения Аллаха. Когда же явится веление Аллаха, будет вынесен истинный приговор, и там приверженцы лжи окажутся в убытке.
Ələddin Sultanov:
Biz səndən əvvəl peyğəmbərlər göndərmişdik. Onlardan hekayətini sənə danışdığımız da var, danışmadığımız da. Heç bir peyğəmbər Allahın izni olmadan hər hansı bir ayə (möcüzə) gətirə bilməz. Allahın əmri gəldiyi zaman haqq öz yerini tapar yalançılar oradaca ziyana uğrayarlar.
Kerbelayi Malik ağa:
And olsun ki, səndən əvvəl rəsullar göndərdik. Onlardan bəziləri haqqında sənə anlatdıq bəziləri haqqında sənə anlatmadıq. Allahın izni olmadan bir rəsul ayə gətirə bilməz. Artıq Allahın əmri gəldiyi zaman haqq ilə hökm edilmiş olar. Batili istəyənlər orada hüsrana uğramışlar.
Ələsgər Musayev:
Əlbəttə, göndərdik rəsulları səndən qabaq. Onlardan var kim ki, haqqında sənə hekayət etdik onlardan var kim ki, haqqında hekayət etmədik. Heç bir rəsul üçün ayət, gətirmək olmadı, ancaq izni ilə Allahın. Onda ki, gəldi əmri Allahın, həll olacaq haqq ilə xəsarətdə onda batillər olacaq.
A.Mehdiyev və D.Cəfərli:
Şübhəsiz, səndən əvvəl (də bəşər cəmiyyətinə) peyğəmbərlər göndərdik. Onların bəzisinin hekayətini sənə danışdıq bəzisini danışmadıq. Heç bir peyğəmbər heç vaxt Allahın izni olmadan bir ayə möcüzə (yaxud bir əzab) gətirə bilməz (və bu ağıl baxımından da mümkün deyildir). Beləliklə (mələklərə hansısa bir millətin məhvi barəsində) Allahın əmri gələn zaman (onların arasında əməli şəkildə) haqq əsasında hökm olunar orada batil düşünənlər, batil deyənlər batilə meyl göstərənlər ziyana uğrayarlar.
Kövsər Tağıyev:
And olsun, səndən əvvəl peyğəmbərlər göndərdik. Onlardan sənə danışdıqlarımız da var, danışmadıqlarımız da var. Heç bir peyğəmbər Allahın izni olmadan bir möcüzə gətirə bilməz. Allahın əmri gəldikdə isə haqq yerinə gətirilər. Bax o zaman bunu batil sayanlar ziyana uğrayarlar.
M.Qənioğlu və T.Bilaloğlu:
Səndən əvvəl peyğəmbərlər göndərmişdik. Onlardan sənə barəsində danışdıqlarımız da var, danışmadıqlarımız da. Allahın izni olmadan heç bir peyğəmbər bir ayə belə gətirə bilməz. Allahın əmri gələrsə, haqq ilə hökm verilər onda batilə qurşananlar uduzmuş olarlar.
Sabirə Dünyamalıyeva:
and olsun ki, Biz səndən əvvəl neçə elçi göndərdik. Onlardan bəzilərini sənə nəql etdik, onlardan bəzilərini nəql etmədik. Heç bir elçi Allahın izni/xəbəri olmadan bir işarət/nişanə gətirə bilməz. Artıq Allahın əmri gəldikdə, haqq ilə gerçəkləşər. Batilə meyl edənlər bax burada ziyana, zərərə uğrayıb əzab çəkərlər.