Əlixan Musayev:
Məgər onlar (Allaha )tabe olub havada uçan quşları görmürlərmi? Onları (havada) saxlayan ancaq Allahdır. Həqiqətən, bunda iman gətirən insanlar üçün dəlillər vardır.
Bünyadov-Məmmədəliyev:
Məgər (müşriklər) yerlə göy arasında (uçaraq Allaha) ram olmuş quşları görmürlər?! Onları (havada) yalnız Allah saxlayır (bütün hərəkətlərini ancaq Allah idarə edir). Həqiqətən, bunda möminlər üçün ibrətlər vardır!
Elmir Quliyev
:
Неужели они не видели птиц, покорно летающих в небе? Никто не удерживает их, кроме Аллаха. Воистину, в этом — знамения для людей верующих.
Ələddin Sultanov:
Göy üzündə ram edilmiş quşları görmədilərmi?! Onları (havada) yalnız Allah saxlayır. Həqiqətən, bunda iman gətirmiş insanlar üçün dəlillər vardır.
Kerbelayi Malik ağa:
Onlar göyün boşluğunda əmrə tabe olan quşları görmədilərmi? Onları Allahdan başqası (boşluqda) tuta bilməz. Şübhəsiz ki, bunda mömin olan bir topluluq üçün əlbəttə ayələr vardır.
Ələsgər Musayev:
Ə, baxıb görmürlər quşlara ki, necə səmanın
havası onların ixtiyarındadır? Onları saxlayan ancaq Allahdır.
Həqiqətən, bunda inanan qoum üçün ayətlər var!
A.Mehdiyev və D.Cəfərli:
Məgər göyün üzündə (Allahın qüdrətinə) ram olmuş quşları görmədilərmi ki, onları (bədənlərini uçmaq üçün lazım olan quruluşda yaratmaq və uçuş tərzini onlara ilham etməklə) Allahdan başqa heç kim saxlamır? Şübhəsiz, bunda (bu yaradılış növündə) iman gətirən dəstə üçün (Allahın elminə, qüdrətinə və hikmətinə dair) nişanələr vardır.
Kövsər Tağıyev:
Göy üzündə Allahın əmrinə boyun əyərək uçan quşları görmürlərmi? Onları göydə yalnız Allah saxlayır. Şübhəsiz, bunda inanan bir toplum üçün ibrətlər var.
M.Qənioğlu və T.Bilaloğlu:
Məgər onlar quşların göy boşluğunda havadan asılmış kimi (uçduqlarını) görmürlər? Onları (havada) saxlayan ancaq Allahdır. Həqiqətən, iman gətirən adamlar üçün bunda dəlillər vardır.
Sabirə Dünyamalıyeva:
Göy boşluğunda, bir əmrə tabe etdirilən quşları/buludları görmürlərmi? Onları Allahdan başqası saxlamır. Bunda, inanan bir qövm üçün əlbəttə ki, işarətlər/nişanələr vardır.