Hud Surəsi 8. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
Əgər onlara gələcək əzabı müəyyən vaxtadək gecikdirsək: “Onu saxlayan nədir?”– deyəcəklər. Xəbəriniz olsun ki, (əzab) onlara gəldiyi gün onu heç onlardan dəf edə bilməyəcək istehza etdikləri (o əzab) onları bürüyəcəkdir.
Bünyadov-Məmmədəliyev:
Əgər onlara gələcək əzabı az bir müddət yubatsaq, sözsüz ki, (istehza ilə): “Bu əzabı gecikdirən (ona mane olan) nədir?” deyəcəklər. Bilin ki, əzab onlara gələcəyi gün dəf olunmaz. Məsxərəyə qoyduqları əzab onları məhv edər.
Elmir Quliyev :
Если Мы отложим наказание их до определенного срока, то они скажут: "Что же удерживает его?" Воистину, в тот день, когда оно постигнет их, ничто не отвратит его, и окружит (или поразит) их то, над чем они насмехались.
Ələddin Sultanov:
Əgər onlara gələcək əzabı az bir vaxta qədər gecikdirsək, şübhəsiz: “Ona mane olan nədir?” - deyəcəklər. Bilin ki, əzab onlara gələcəyi gün onlardan dəf edilməyəcək məsxərəyə qoyduqları əzab onları bürüyəcəkdir.
Kerbelayi Malik ağa:
Əgər bir ümmətə əzabı (onlardan) müəyyən bir müddətə təxirə salsaq, mütləq: ‘Onu tutan (mane olan) nədir?’ deyərlər. Onlara əzab gəldiyi gün onlardan uzaqlaşdırılacaq deyil. Elə deyilmi? Onunla lağa qoyduqları şey, onları əhatə etdi.
Ələsgər Musayev:
Əgər Biz əzabı onlardan bir müddət gecikdirək, deyəcəklər: «Onu saxlayan nədir?» Bilin, o gün ki, onlara gələr o, onu kənar etmək mümkün olmaz onlardan nəyi ki, istehza edirdilər, onları haqlayar.
A.Mehdiyev və D.Cəfərli:
əgər əzabı az bir müddətə qədər təxirə salsaq, mütləq (istehza ilə) «ona mane olur?!» deyəcəklər. Bilin, (əzab) onlara gələn gün, (o) əsla onlardan dəf olunan deyil istehza etdikləri şey onları bürüyəcəkdir.
Kövsər Tağıyev:
And olsun, biz onlara gələcək əzabı müəyyən bir vaxta qədər gecikdirsək, o zaman da mütləq: “Ona mane olur?” deyərlər. Yaxşı bilin ki, əzab onlara gələcəyi gün onlardan bir daha uzaqlaşdırılmaz istehza ilə baxdıqları şey onları ağuşuna alar.
M.Qənioğlu və T.Bilaloğlu:
Əgər Biz əzabı onlar üçün müəyyən bir vaxta qədər gecikdirsək, onlar deyərlər “Onu tutub saxlayan nədir?" Bilin: o gün ki, o [əzab] onlara gələcək, onu onlardan kənar etmək mümkün olmayacaq istehza etdikləri [əzab] onları haqlayacaqdır.
Sabirə Dünyamalıyeva:
əgər Biz bunların əzabını, başçısı olan müəyyən bir tayfa yaranana qədər təxirə salsaq, o zaman da, "Ona mane olan nədir ki?" deyəcəklər. Xəbəriniz olsun! O əzab onlara gəldiyi gün, dəf olunası deyil. istehza etdikləri o şey onları əhatə etmişdir.