Həcc Surəsi 8. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
İnsanlar içərisində eləsi vardır ki, heç bir biliyi, doğru yolu göstərən rəhbəri nur saçan bir kitabı olmadan Allah haqqında mübahisə edir.
Bünyadov-Məmmədəliyev:
İnsanlar içində (Əbu Cəhl kimi) eləsi vardır ki, heç bir şey bilmədən, haqq yolu göstərən heç bir rəhbəri (yaxud tutarlı dəlili) nurani (səmadan endirilib hökmünü açıq bildirən) kitabı olmadan Allah barəsində mübahisə edər.
Elmir Quliyev :
Среди людей есть такой, который спорит об Аллахе, не имея ни знаний, ни верного руководства, ни освещающего Писания.
Ələddin Sultanov:
İnsanlardan eləsi var ki, heç bir biliyi, doğru yolu göstərən bir rəhbəri aydınladan bir kitabı olmadan Allah barəsində mübahisə edir.
Kerbelayi Malik ağa:
İnsanlardan elə kəslər vardır ki, bir elmə, bir hidayətçiyə nurlu bir kitaba sahib olmadan Allah haqqında mübahisə edər.
Ələsgər Musayev:
İnsanlardan var kim ki, Allah barəsində mücadilə edir elmsiz hidayətsiz nurlu kitabsız
A.Mehdiyev və D.Cəfərli:
İnsanlardan eləsi var ki, heç bir elmi dəlili (və əqli sübutu), heç bir hidayəti (və batini idrakı) heç bir aydın səma kitabı olmadan həmişə Allah barəsində mübahisə edir.
Kövsər Tağıyev:
İnsanlardan eləsi var ki, bir biliyi, bir yol göstərəni, aydınladıcı bir kitabı olmadan kibrlənərək insanları Allahın yolundan azdırmaq üçün Allah barəsində mübahisə edər.
M.Qənioğlu və T.Bilaloğlu:
İnsanlardan eləsi var ki, heç bir biliyi, yol göstəricisi, (yolunu) işıqlandıran bir kitabı olmadan Allah barəsində mübahisə edir,
Sabirə Dünyamalıyeva:
İnsanlardan bəziləri Allah haqqında heç bir şey bilmədən; yol göstərən rəhbərləri olmadan, açıqlayan bir kitab olmadan mübahisə edirlər.