Ənkəbut Surəsi 8. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
Biz insana valideynləri ilə gözəl davranmağı buyurduq. Əgər onlar bilmədiyin bir şeyi Mənə şərik qoşmağın üçün səni məcbur etsələr, onlara güzəştə getmə. Dönüşünüz Mənə olacaq, Mən bütün etdikləriniz barədə sizə xəbər verəcəyəm.
Bünyadov-Məmmədəliyev:
Biz insana ata-anasına yaxşılıq etməyi (onlarla gözəl davranmağı) tövsiyə etdik. (Ey insan!) Əgər (valideynlərin) bilmədiyin bir şeyi Mənə şərik qoşmağına cəhd göstərsələr, onlara itaət etmə. Hamınız (qiyamət günü) Mənim hüzuruma qayıdacaqsınız. Mən (dünyada) etdiklərinizi sizə bir-bir xəbər verəcəyəm!
Elmir Quliyev :
Мы заповедали человеку быть добрым к родителям. А если они станут сражаться с тобой, чтобы ты приобщал ко мне сотоварищей, о которых ты ничего не знаешь, то не повинуйся им. Ко Мне предстоит ваше возвращение, и тогда Я поведаю вам о том, что вы совершали.
Ələddin Sultanov:
Biz insana ata-anasına yaxşı davranmasını tövsiyə etdik. Əgər onlar bilmədiyin bir şeyi Mənə şərik qoşmağın üçün səni məcbur etsələr, onlara itaət etmə! Sizin dönüşünüz Mənədir Mən etdiyiniz əməlləri sizə xəbər verəcəyəm.
Kerbelayi Malik ağa:
Biz insana ana atasına gözəl davranmasını vəsiyyət etdik (əmr etdik). Əgər onlar bilmədiyin bir şeyi Mənə şirk qoşmağın üçün səninlə mübarizə etsələr o təqdirdə, o ikisinə itaət etmə. Dönüşünüz Mənədir. O zaman etmiş olduqlarınızı sizə xəbər verəcəm.
Ələsgər Musayev:
Biz vəsiyyət etdik insana valideynləri haqqında yaxşılığı. Əgər onlar cəhd etsələr ki, Mənə şərik qoşasan ki, onun ilə sənin elmin yoxdur, onda itaət etmə onlara. Mənə tərəfdir sizin dönüşünüz Mən xəbər verərəm sizə ilə ki, oldunuz əməllilər!
A.Mehdiyev və D.Cəfərli:
(Biz) insana ata-anasına yaxşılıq etməyi tövsiyə etdik (dedik:) «Əgər (atan, anan) bilmədiyin bir şeyi Mənə şərik qoşmağa vadar etsələr onlara itaət etmə. Hamınızın dönüşü Mənə tərəfdir (hüzuruma qayıdacaqsınız). (Mən də) sizə etdiklərinizdən xəbər verəcəyəm».
Kövsər Tağıyev:
Biz insana ata-anasına yaxşılıq etməyi əmr etdik. Əgər onlar, barəsində heç bir biliyin olmayan bir şeyi mənə şərik qoşmaq üçün səni məcbur edərlərsə, o təqdirdə onlara itaət etmə. Qayıdışınız ancaq mənədir mən etdiklərinizi sizə xəbər verəcəyəm.
M.Qənioğlu və T.Bilaloğlu:
Biz insana öz ata-anası ilə yaxşı davranmağı tövsiyə etdik. Əgər onlar, (ey insan), sənin heç bir xəbərin olmayan bir şeyi Mənə şərik qoşmağa cəhd etsələr, onda sən onlara itaət etmə. Qayıdışınız ancaq Mənədir onda nələr etməkdə olduğunuz barədə sizə xəbər verəcəyəm.
Sabirə Dünyamalıyeva:
Biz insana, ata-anasına qarşı yaxşı hərəkət etməyi bir öhdəlik olaraq qoyduq. Əgər o ikisi, səni, haqqında məlumatın olmayan bir şeyi Mənə şərik qoşmağa məcbur etsələr, artıq o ikisinə itaət etmə. Dönüşünüz ancaq Mənədir. O zaman, sizə etdiklərinizi xəbər verəcəyəm.