Əlixan Musayev:
Əcəba, o, Allahın əleyhinə yalanmı quraşdırır, bəlkə onda divanəlik var?” Xeyr! Axirətə inanmayanlar əzaba düçar olacaq, dərin bir azğınlıq içində qalacaqlar.
Bünyadov-Məmmədəliyev:
Görəsən, o, Allaha qarşı özündən yalan uydurur, yoxsa bir dəliliyi var?” Xeyr, axirətə inanmayanlar özləri əzab içində, (haqdan) uzaq bir zəlalət içindədirlər. (Onlara axirətdə şiddətli əzab veriləcəkdir, çünki dünyada haqq yoldan çox azmışlar).
Elmir Quliyev
:
Измыслил ли он ложь об Аллахе, или же он является бесноватым?" О нет! Те, которые не веруют в Последнюю жизнь, будут подвергнуты мучениям и пребывают в глубоком заблуждении.
Ələddin Sultanov:
Görəsən, o, yalandan Allaha iftira atır, yoxsa onda dəlilikmi var?” Xeyr! Axirətə inanmayanlar əzab və (haqdan) uzaq zəlalət içindədirlər.
Kerbelayi Malik ağa:
Allaha yalandan iftiramı etdi? Yoxsa onda cinnətmi (dəlilikmi) var? Xeyr, onlar axirətə inanmayanlar əzab və uzaq bir dəlalət içindədirlər.
Ələsgər Musayev:
Iftiramı edir Allahın üzərinə yalanı, yoxsa onun cununluğu
var?» Bəli! O kəslər ki, inanmırlar axirət ilə, əzabda və uzaq
zəlalətdədirlər.
A.Mehdiyev və D.Cəfərli:
«Görəsən o, Allaha qarşı yalan uydurur, yoxsa onda bir dəlilikmi var?!» (Belə deyildir), əksinə (əslində) axirətə iman gətirməyənlər (indidən) əzabda və uzun-uzadı bir azğınlıq içərisindədirlər.
Kövsər Tağıyev:
“Allaha qarşı yalan uydurdu, yoxsa o, dəlidir?” Xeyr, elə deyil! Axirətə inanmayanlar əzab və dərin sapqınlıq içindədirlər.
M.Qənioğlu və T.Bilaloğlu:
O, Allaha qarşı yalan uydurub, yoxsa ona dəlilik üz verib?" Xeyr, axirətə iman gətirməyənlər isə əzab içərisində və yolu çox azmış olacaqlar.
Sabirə Dünyamalıyeva:
O, bir yalanı Allah barəsində uydurdu, yoxsa onun bir dəliliyi var?" Tam tərsi, axirətə inanmayan kəslər, əzab və uzaq bir azğınlıq içindədirlər.