Fatir Surəsi 8. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
Pis əməli özünə gözəl göstərilib onu yaxşı hesab edənlə, (doğru yolla gedən kimsə eyni ola bilərmi?) Həqiqətən, Allah istədiyini zəlalətə salır, istədiyini doğru yola yönəldir. Sən onlara görə özünü üzüb əldən salma. Şübhəsiz ki, Allah onların törətdiklərini bilir.
Bünyadov-Məmmədəliyev:
Pis əməli (Şeytan tərəfindən) özünə yaxşı göstərilib onu yaxşı görən (Allahın doğru yola yönəltdiyi kimsəyə bənzəyirmi?!) Şübhəsiz ki, Allah istədiyini zəlalətə, istədiyini doğru yola salar. (Ya Peyğəmbər!) Artıq onlara (Məkkə müşriklərinin haqq yoldan azmalarına) görə özünü üzüb həlak etmə. Həqiqətən, Allah onların etdiklərini biləndir!
Elmir Quliyev :
Разве тот, кому его злодеяние представлено прекрасным и кто считает его благом, равен тому, кто следует прямым путем? Воистину, Аллах вводит в заблуждение того, кого пожелает, и ведет прямым путем того, кого пожелает. Не изводи себя скорбью по ним. Воистину, Аллах знает о том, что они творят.
Ələddin Sultanov:
Pis əməli özünə yaxşı göstərilib onu yaxşı hesab edən kimsə (pis əməli yaxşı hesab etməyən kimsə kimi) ola bilərmi? Həqiqətən, Allah istədiyini zəlalətə salar, istədiyini doğru yola yönəldər. Elə isə onlar üçün kədərlənib özünü məhv etmə! Şübhəsiz ki, Allah onların etdiklərini yaxşı bilir.
Kerbelayi Malik ağa:
Lakin pis əməli özünə gözəl göstərilən beləcə onu gözəl görənlə hidəyətə ərən kimsə eyni ola bilərmi? Şübhəsiz ki, Allah dilədiyi kimsəni dəlalətdə buraxar dilədiyi kimsəni hidayətə ərdirər. Artıq onlar üçün özünü üzmə. Şübhəsiz ki, Allah onların etdiklərini ən yaxşı biləndir.
Ələsgər Musayev:
Ə, kim ki, pis əməli onun üçün zinətli oldu o, yaxşı görür onu...? Həqiqətən, Allah zəlalətdə tərk edər kimi istəyər hidayət edər kimi istəyər. Elə isə məhv etmə öz nəfsini onlara görə həsrətlə. Həqiqətən, Allah Alimdir ilə ki, edirlər!
A.Mehdiyev və D.Cəfərli:
Pis əməlləri onun üçün zinətlənmiş olan onları gözəl görən (bilən) bir kəs, (həqiqəti görən mömin kimidirmi? Əsla belə deyildir) çünki, Allah (bəşəri dəvət edib dəlilləri təqdim etdikdən sonra) istədiyini azğınlıqda buraxar istədiyini doğru yola yönəldər, belə isə məbada onlara görə olan təəssüflər kədərlər üzündən canın əldən gedə! Allah onların etdiklərini biləndir.
Kövsər Tağıyev:
Pis əməli özünə süslü göstərilib onu gözəl görən kimsə əməli yaxşı olan kimsə kimi olacaq? Şübhəsiz, Allah istədiyini sapdırar, istədiyini hidayətə çatdırar. (Ey Muhamməd!) Onlar üçün çəkdiyin üzüntülərlə özünü həlak etmə! Şübhəsiz ki, Allah onların etdiklərini haqqı ilə biləndir.
M.Qənioğlu və T.Bilaloğlu:
Məgər (əməlisaleh olanlar) pis əməlləri özləri üçün bəzədilmiş onu yaxşı əməl hesab edən kəslər kimidir? Həqiqətən, Allah istədiyi kəsi yoldan azdırır istədiyi kəsi düz yolla aparır. Sən onlardan ötrü özünü üzmə. Həqiqətən, Allah onların törətdiklərini bilir.
Sabirə Dünyamalıyeva:
Belə isə, pis əməli özünə yaxşı göstərilən sonra da onu gözəl görən adammı? Şübhə yox ki, Allah istədiyini/istəyəni çaşdırar, istədiyini/istəyəni doğru yola yönəldər. Belə isə, onlar üçün həsrətlə/kədərlə özünü üzmə. Şübhəsiz ki, Allah onların etdiklərini çox yaxşı bilir.