Əlixan Musayev:
Həqiqətən, Biz onların boyunlarına, çənələrinə dirənmiş zəncirlər keçirtmişik. Odur ki, başları (təkəbbürlə) yuxarı qalxmışdır.
Bünyadov-Məmmədəliyev:
Biz onların boyunlarına dəmir həlqələr (zəncir) keçirtmişik. (O həlqələr) onların lap çənələrinə dirənmişdir. Buna görə də başları yuxarı qalxmış, gözləri aşağı dikilmişdir. (Kafirlərin əlləri zəncirlə boyunlarına bağlandığı üçün başlarını yuxarı qaldırmağa, gözlərini də aşağı dikməyə məcbur olmuşlar. Onlar boyunlarını bir tərəfə döndərmək, əllərini sağa-sola tərpətmək, ətrafa nəzər salmaq, hətta ayaqlarının altını görmək iqtidarında belə deyillər. Beləliklə, kafirlər nə haqqı görər, nə də ona boyun əyərlər).
Elmir Quliyev
:
Воистину, Мы наложили на их шеи оковы до самого подбородка, и их головы задраны.
Ələddin Sultanov:
Biz onların boyunlarına çənələrinə dirənən zəncirlər vurduq. Buna görə də başları yuxarı qalxmışdır.
Kerbelayi Malik ağa:
Şübhəsiz ki, Biz onların boyunlarına, çənələrinə qədər halqalar (zəncirlər) keçirtdik. Bu səbəblə onlar başları yuxarı qaldırılmış olanlardır.
Ələsgər Musayev:
Həqiqətən, etdik Biz boyunlarında onların həlqələri zəncir kimi çənələrinə qədər və onlar məcbur oldular qaldırmağa başlarını.
A.Mehdiyev və D.Cəfərli:
Həqiqətən, Biz onların boyunlarına çənələrinə kimi çatan zəncirlər keçirmişik, buna görə də başları yuxarı doğru qalmışdır. (buna görə də özlərinə baxa bilmirlər ki, özlərində olan ayələrlə (nişanələrlə) ayılsınlar).
Kövsər Tağıyev:
Onların boyunlarına dəmir halqalar keçirdik, o halqalar onların çənələrinə dirənmişdir.
M.Qənioğlu və T.Bilaloğlu:
Biz onların boyunlarına çənələrinə qədər (qalxan) dəmir həlqələr taxdıq və onlar başlarını yuxarı tutası oldular.
Sabirə Dünyamalıyeva:
Şübhəsiz ki, Biz, onların boyunlarının içində dəmir həlqələr keçirtmişik. Belə ki, onlar çənələrinə qədərdir. Beləcə, onların burunları yuxarı qaldırılmışdır.