Şura Surəsi 8. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
Əgər Allah istəsəydi, onları vahid bir ümmət edərdi. Lakin O, Öz mərhəmətinə istədiyini qovuşdurur. Zalımların isə bir himayəçisi olar, bir yardımçısı.
Bünyadov-Məmmədəliyev:
Əgər Allah diləsəydi, onların hamısını (eyni dində olan) vahid bir ümmət edərdi. Amma Allah istədiyini (haqq dinə gətirməklə) Öz mərhəmətinə qovuşdurar. Zalımların isə bir dostu olar, bir imdada yetəni!
Elmir Quliyev :
Если бы Аллах пожелал, то сделал бы их одной общиной верующих. Однако Он вводит в Свою милость того, кого пожелает. А у беззаконников не будет ни покровителя, ни помощника.
Ələddin Sultanov:
Əgər Allah istəsəydi, onları yalnız bir ümmət (millət) edərdi. Ancaq O, istədiyi kimsəyə Öz mərhəmətini bəxş edər. Zalımların isə bir dostu, bir köməkçisi olacaq.
Kerbelayi Malik ağa:
Əgər Allah diləsəydi, onları mütləq tək bir ümmət edərdi. Lakin dilədiyi kimsəni rəhmətinin içinə daxil edər zalımlar üçün bir vəli (dost) yardımçı yoxdur.
Ələsgər Musayev:
Əgər istəsəydi Allah edərdi onları vahid ümmət. Lakin daxil edir kimi istəyir rəhmətində O zalimlər üçün dost yardım edəndən yoxdur!
A.Mehdiyev və D.Cəfərli:
Əgər Allah (qəti iradə ilə) istəsəydi onların hamısını (məcburi şəkildə əqidə əməl baxımından) tək bir ümmət edərdi. Lakin (Allahın ənənəvi qanunları dinin təbii ki, təfriqə doğuran ixtiyari şəkildə təqdim edilməsi üzərində qurulub O,) istədiyi (və hidayətin kökünü qəbul etmiş) kəsləri Öz rəhmətinə daxil edir. Zalımların başçı yoldaşları var, yardımçıları.
Kövsər Tağıyev:
Allah istəsəydi, onları (eyni dinə mənsub) tək bir ümmət edərdi. Lakin O, istədiyini rəhmətinə qovuşdurar. Zalımların isə bir dost yardımçısı yoxdur.
M.Qənioğlu və T.Bilaloğlu:
Əgər Allah istəsəydi, onları vahid bir ümmət edərdi, lakin O, istədiyi kəsi Öz mərhəmətinə daxil edər, haqsızlara isə bir himayəçi, bir kömək edən olar!
Sabirə Dünyamalıyeva:
əgər Allah diləsəydi, qətiliklə onları bir tək başçılı cəmiyyət edərdi. Lakin O, diləyəni mərhəmətinin içinə alır. Şərik qoşaraq səhv/ öz zərərlərinə edənlər də, özləri üçün bir qoruyucu, yol göstərici yaxın bir köməkçi olmayanlardır.