Hədid Surəsi 8. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
Peyğəmbər sizi Rəbbinizə iman gətirməyə çağırdığı halda, sizə olub ki, Allaha iman gətirmirsiniz? Əgər siz möminsinizsə, (bilin ki,) artıq O, sizdən əhd almışdır.
Bünyadov-Məmmədəliyev:
Peyğəmbər sizi Rəbbinizə iman gətirməyə çağırdığı halda, sizə olub ki, Allaha iman gətirmirsiniz? Hələ bundan da əvvəl (Allah sizi ulu babanız Adəmin belində, yaxud ruhlar aləmində olduğunuz zaman yalnız Ona iman gətirəcəyiniz barəsində) sizdən əhd almışdı. Əgər (əvvəl-axır) iman gətirəcəksinizsə, (elə indidən gətirin bu sizin üçün daha yaxşıdır!)
Elmir Quliyev :
Что с вами? Почему вы не веруете в Аллаха, тогда как Посланник призывает вас уверовать в вашего Господа? Он уже взял с вас завет, если только вы действительно являетесь верующими.
Ələddin Sultanov:
Peyğəmbər sizi Rəbbinizə iman gətirməyə dəvət etdiyi halda, siz üçün Allaha iman gətirmirsiniz? Əgər inanırsınızsa, bilin ki, o sizdən əhd almışdır.
Kerbelayi Malik ağa:
Sizə olur ki, Allaha inanmırsınız. Rəsul sizi Rəbbinizə iman etməyiniz üçün çağırır. Əgər siz inananlarsınızsa, Allah sizdən misaq almışdı.
Ələsgər Musayev:
olub sizə inanmırsınız Allah ilə rəsul dəvət edir sizi inanmağa Rəbbiniz ilə? Əlbəttə, O götürdü sizdən andınızı, əgər oldunuz inananlar.
A.Mehdiyev və D.Cəfərli:
Peyğəmbər sizi Rəbbinizə iman gətirməyə çağırdığı halda, sizə olub ki, Allaha iman gətirmir (və ya imanınızın nişanələrini biruzə vermir)siniz? Əgər iman (istedad)ınız varsa, Allah sizdən (peyğəmbərlər idrakınız vasitəsi ilə) əhd almışdır.
Kövsər Tağıyev:
Peyğəmbər sizi Rəbbinizə iman etməyə dəvət etdiyi halda üçün Allaha iman etmirsiniz? Halbuki, (Allah əzəldə) sizdən möhkəm söz almışdı. Əgər inanacaq kimsələrsinizsə, (bu dəvəti qəbul edin).
M.Qənioğlu və T.Bilaloğlu:
Peyğəmbər sizi Rəbbinizə iman gətirməyə çağırdığı halda, sizə olub ki, Allaha iman gətirmirsiniz? Əgər siz iman gətirmək istəyirsinizsə, Allahın sizdən (bu barədə) əhd aldığını (xatırlayın)!
Sabirə Dünyamalıyeva:
Sizə olub ki, Elçi sizi Rəbbinizə inanmağa dəvət etdiyi halda, Allaha inanmırsınız? Halbuki O, -əgər siz inanırsınızsa- sizdən inanacağınız haqda 'möhkəm əhd' almışdı.