Əlixan Musayev:
Onlar: “Əgər biz Mədinəyə qayıtsaq, ən qüdrətlilər (münafiqlər) ən alçaqları (müsəlmanları) mütləq oradan çıxardacaqlar!”– deyirlər. Halbuki qüdrət yalnız Allaha, Onun Elçisinə və möminlərə məxsusdur, lakin (bunu) münafiqlər bilmirlər.
Bünyadov-Məmmədəliyev:
Onlar: “Əgər biz (Bəni Müstəliq vuruşunda) Mədinəyə qayıtsaq, ən güclülər (ən şərəflilər – münafiqlər) ən zəifləri (ən həqirləri – Peyğəmbəri və ona iman gətirənləri), əlbəttə, oradan çıxardacaqlar!” – deyirlər. Halbuki şərəf-şan da, (qüvvət və qələbə də) yalnız Allaha, Onun Peyğəmbərinə və möminlərə məxsusdur, lakin münafiqlər (bunu) bilməzlər!
Elmir Quliyev
:
Они говорят: "Когда мы вернемся в Медину, то могущественные среди нас непременно изгонят оттуда презренных". Могущество присуще Аллаху, Его Посланнику и верующим, но лицемеры не знают этого.
Ələddin Sultanov:
Onlar: “Əgər biz Mədinəyə qayıtsaq, üstün olanlar zəif olanları mütləq oradan çıxardacaqdır”, - deyirlər. Halbuki əsil üstünlük Allaha, Onun Peyğəmbərinə və möminlərə məxsusdur. Lakin münafiqlər bunu bilməzlər. (Münafiqlər özlərini güclü və şərəfli, müsəlmanları isə aciz və zəif görürdülər. Onlar Bəni-Müstəliq səfərindən qayıtdıqdan sonra müsəlmanları Mədinədən çıxardacaqlarını deyirdilər.)
Kerbelayi Malik ağa:
‘Əgər biz şəhərə dönsək mütləq daha güclü olan daha zəlil (gücsüz, zəif) olanı oradan çıxarar.’ deyirlər. İzzət Allahın, Onun Rəsulunun və möminlərindir. Lakin münafiqlər bilmirlər.
Ələsgər Musayev:
Deyirlər: «Əgər biz şəhərə tərəf qayıtsaq, onda xaric
edəcəklər izzətlilər oradan zillətliləri!» Allah üçündür izzət və
Onun rəsulu üçün və inananlar üçün və lakin münafiqlər
bilmirlər!
A.Mehdiyev və D.Cəfərli:
Onlar deyirlər: «Əgər (bu döyüş səfərindən) Mədinəyə qayıtsaq, mütləq ən əzizlər ən zəlil olanları (münafiqlər dəstəsi Peyğəmbəri və yoldaşlarını) oradan çıxaracaqdır;» halbuki, izzət və qüdrət Allaha, Onun Rəsuluna və möminlərə məxsusdur və lakin münafiqlər (bunu) bilmirlər.
Kövsər Tağıyev:
Onlar: “And olsun, əgər Mədinəyə qayıtsaq, üstün olan zəif olanı oradan mütləq çıxaracaq”, – deyirdilər. Halbuki əsl üstünlük ancaq Allahın, Peyğəmbərinin və möminlərindir. Lakin münafiqlər (bunu) bilməzlər.
M.Qənioğlu və T.Bilaloğlu:
Onlar dedilər: "Əgər biz Mədinəyə qayıtsaq, and olsun ki, ən güclü olan [münafiq] ən zəif olanı [mömini] oradan qovub çıxaracaqdır." Güc isə Allahda, Onun peyğəmbərində və möminlərdədir; ancaq münafiqlər bunu bilməzlər.
Sabirə Dünyamalıyeva:
Deiyrlər: "And olsun ki, Mədinəyə qayıdası olsaq, güc və şərəf baxımından üstün olanlar, düşkün və zəif olanları, əlbəttə, oradan qovub çıxaracaq." Halbuki qüvvət, şərəf və üstünlük Allaha, Onun Elçisinə və möminlərə məxsusdur. Lakin münafiqlər bilmirlər.