Əlixan Musayev:
O gün (əməllərin tərəzidə )çəkilməsi bir həqiqətdir. Tərəziləri ağır gələnlər – nicat tapanlardır.
Bünyadov-Məmmədəliyev:
O gün (qiyamət günü) çəki (əməllərin tərəzidə çəkilməsi) haqdır. Tərəziləri ağır gələnlər (yaxşı əməlləri pis əməllərindən çox olanlar) nicat tapanlardır!
Elmir Quliyev
:
В тот день взвешивать будут правильно. Те, чья чаша Весов будет перевешивать, окажутся преуспевшими.
Ələddin Sultanov:
O gün tərəzi (əməllərin tərəziyə qoyulması) haqdır. Kimin çəkisi (savabları) ağır gələrsə, əsil xilas olan onlardır.
Kerbelayi Malik ağa:
İzn günü (hesablaşma günü) ölçü haqdır (gerçəkdir). Kimin (savab) ölçüsü ağır gələrsə, onlar fəlaha çatanlardır.
Ələsgər Musayev:
O gün vəzn etmək haqdır. Kimin vəzni ağırdır – həmin onlar nicat tapacaqlar.
A.Mehdiyev və D.Cəfərli:
Həmin gün (əqidə və əməllərin) ölçülməsi haqq və qətidir. Beləliklə, kimin ölçülmüş əməlləri ağır və dəyərli olsa, onlardır nicat tapanlar!
Kövsər Tağıyev:
O gün mizan da haqdır. Kimin savabı ağır gələrsə, onlar qurtuluşa çatanlardır.
M.Qənioğlu və T.Bilaloğlu:
O günü çəki haqdır. Kimlərin mizan-tərəziləri [yaxşı əməllərinin çəkisi] ağır gələrsə, onlar qazanmış olacaqlar.
Sabirə Dünyamalıyeva:
Və o gün, çəki haqdır. Kimin tərəzisi/çəkisi ağır gələrsə, bax onlar xilas olanlardır.