Əlixan Musayev:
Onların Rəbbinin yanındakı mükafatı (ağacları) altından çaylar axan, içində əbədi qalacaqları Ədn bağlarıdır. Allah onlardan razıdır, onlar da Ondan razıdırlar. Bu (nemətlər), Rəbbindən qorxan kimsələrdən ötrüdür!
Bünyadov-Məmmədəliyev:
Onlardan öz Rəbbi yanındakı mükafatı (ağacları) altından çaylar axan Ədn cənnətləridir. Onlar orada əbədi qalacaqlar. Allah onlardan razıdır, onlar da Allahdan. Bu (nemətlər) Rəbbindən qorxanlar üçündür!
Elmir Quliyev
:
Их воздаянием у их Господа будут сады Эдема, в которых текут реки. Они пребудут в них вечно. Аллах доволен ими, и они довольны Им. Это уготовано для тех, кто боится своего Господа.
Ələddin Sultanov:
Rəbbi yanında onların mükafatı (ağacları) altından çaylar axan və əbədi qalacaqları Ədn cənnətləridir. Allah onlardan razı olmuş, onlar da Allahdan razı qalmışlar. Bu (mükafatlar), Rəbbindən qorxanlara məxsusdur.
Kerbelayi Malik ağa:
Rəbləri dərgahında onların mükafatı altlarından çaylar axan Ədn cənnətləridir, orada əbədi olaraq qalacaqlar. Allah onlardan razı və onlar da Allahdan razıdır. Bu Rəbbinə qarşı huşu duyan kimsələr üçündür.
Ələsgər Musayev:
Cəzası onların Rəbləri yanında Ədn bağları – cari olur
altından onun nəhrlər, həmişəlik orada əbədi. Razıdır Allah
onlardan və razıdırlar onlar Ondan. Bu, o kəs üçündür ki,
çəkinir öz Rəbbindən!
A.Mehdiyev və D.Cəfərli:
Onların Rəbbi yanındakı mükafatları (evlərinin və ağaclarının) altından çaylar axan Ədn cənnətləridir. Onlar orada əbədi qalacaqlar. Allah onlardan razıdır və onlar da Allahdan razıdırlar. Bu (mükafat) öz Rəbbindən qorxan kəslər üçündür.
Kövsər Tağıyev:
Rəbləri qatında onların mükafatı içlərindən çaylar axan, içlərində əbədi qalacaqları Ədn cənnətləridir. Allah onlardan razı olmuşdur, onlar da Allahdan razı olmuşlar. Bax bu mükafat Rəblərinə dərin ehtiram duyanlara məxsusdur.
M.Qənioğlu və T.Bilaloğlu:
Öz Rəbbi dərgahında onların mükafatı dibindən çaylar axan, orada əbədi qalacaqları Ədn [cənnət] bağlarıdır. Allah onlardan razıdır, onlar da Ondan razıdırlar. Bu, öz Rəbbindən qorxanlar üçündür.
Sabirə Dünyamalıyeva:
Onların öz Rəbbi yanındakı mükafatı, içində əbədi qalacaqları, altlarından çaylar axan Ədn cənnətləridir. Allah onlardan razıdır, onlar da Ondan razıdırlar. Bu mükafat, Rəbbi qarşısında elmlə, məhəbbətlə, ehtiramla ürpərən kəslər üçündür.