Əlixan Musayev:
O dedi: “Kaş ki, sizə çatan bir qüvvəm olaydı, yaxud möhkəm bir dayağa söykənəydim!”
Bünyadov-Məmmədəliyev:
(Lut) dedi: “Kaş sizə çatan bir gücüm-qüvvətim olaydı, yaxud möhkəm bir arxaya söykənəydim (alınmaz bir qalaya və ya güclü bir qəbiləyə pənah apara biləydim)!”
Elmir Quliyev
:
Он сказал: "Если бы у меня была сила, чтобы одолеть вас! Если бы у меня была мощная опора!"
Ələddin Sultanov:
Lut dedi: “Kaş sizə gücüm çataydı və ya güclü bir qalaya (qəbiləyə) sığına biləydim!”
Kerbelayi Malik ağa:
(Lut (ə.s) belə) dedi: ‘Kaş ki sizə qarşı mənim bir qüvvətim olsaydı və ya mən qüvvətli bir tərəfdara (möhkəm bir yerə) sığınsaydım.’
Ələsgər Musayev:
Dedi: «Ay kaş, sizin üçün bir qüvvəm olaydı, ya da
möhkəm bir yerə tərəf pənah aparaydım!»
A.Mehdiyev və D.Cəfərli:
Dedi: Kaş ki, sizinlə mübarizə etməyə bir gücüm olaydı, ya möhkəm və sabit bir arxaya sığınaydım».
Kövsər Tağıyev:
(Lut isə:) “Kaş sizə qarşı bir gücüm olaydı ya da möhkəm bir dayağa arxalana biləydim”, – dedi.
M.Qənioğlu və T.Bilaloğlu:
O dedi: “Ah, bircə sizə gücüm çataydı, ya da möhkəm bir dayağım olaydı!"
Sabirə Dünyamalıyeva:
Lut: "Kaş ki, sizə qarşı bir gücüm-qüvvətim olaydı, ya da əlçatmaz bir bölgəyə/güclü bir tayfaya sığına biləydim!" dedi.