Ənam Surəsi 80. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
Qövmü onunla höcətləşdi. O dedi: “Allah məni doğru yola yönəltdiyi halda, siz Onun barəsində mənimlə höcətləşirsiniz? Mən, sizin Ona şərik qoşduqlarınızdan qorxmuram. Yalnız Rəbbimin istədiyi şey istisnadır. Rəbbim elmi ilə hər şeyi əhatə etmişdir. Məgər düşünüb ibrət almayacaqsınız?
Bünyadov-Məmmədəliyev:
Tayfası onunla (İbrahimlə) mübahisəyə girişdi. (İbrahim) dedi: “Allah məni doğru yola saldığı halda, siz Onun barəsində mənimlə mübahisə edirsiniz? Rəbbimin istədiyi hər hansı bir şey (bəla, müsibət) istisna olmaqla, mən sizin Ona şərik qoşduğunuz bütlərdən qorxmuram. (Onlar mənə heç bir şey edə bilməzlər). Rəbbim hər şeyi elmlə (Öz əzəli elmi ilə) ehtiva etmişdir. Məgər düşünüb ibrət almırsınız?
Elmir Quliyev :
Его народ стал препираться с ним, и тогда он сказал: "Неужели вы станете препираться со мной относительно Аллаха, в то время как Он наставил меня на прямой путь? И я не боюсь тех, кого вы приобщаете в сотоварищи к Нему, если только мой Господь не пожелает чего-либо. Мой Господь объемлет знанием всякую вещь. Неужели вы не помяните назидание?
Ələddin Sultanov:
Qövmü onunla mübahisəyə girişdi. (İbrahim) dedi: “Allah mənə doğru yolu göstərmişkən siz Allah barəsində mənimlə mübahisəmi edirsiniz? Rəbbimin hər hansı bir şeyi diləməsi istisna olmaqla, mən Ona şərik qoşduqlarınızdan (bütlərdən) qorxmuram. Rəbbimin elmi hər şeyi əhatə edir. Hələ düşünüb ibrət almırsınızmı?
Kerbelayi Malik ağa:
Qövmü onunla mübahisə etdi. ‘(Rəbbim) məni hidayətə ərdirdiyi halda, Allah haqqında mənimlə mübahisə edirsiniz? Rəbbimin bir şeyi diləməsi istisna olmaqla, Ona şərik qoşduqlarınızdan mən qorxmuram. Rəbbim elmiylə hər şeyi əhatə etmişdir. Hələ təzəkkür etmirsinizmi?’ dedi.
Ələsgər Musayev:
Qoumu onunla höccətə başladı. Dedi: «Ə, mənimlə höccətmi edirsiniz Allah barəsində,bir surətdə ki, O məni hidayət edib? Mən Ona şərik qoşduqlarınızdan qorxmuram, ancaq o şeyi ki, Rəbbim istəyə. Rəbbim ehtiva edib külli şeyi elmlə. Ə, yad etməzsinizmi?
A.Mehdiyev və D.Cəfərli:
Qövmü onunla (tovhid barəsində) mübahisə qalmaqala başladı. O dedi: «Allah məni (həm elm, həm göz yəqinliyinə) hidayət etdiyi halda, siz Mənimlə Onun barəsində mübahisə edirsiniz? Mən Rəbbimin (mənim haqqımda) istəyəcəyi şeydən başqa (heç şeydən, o cümlədən) sizin Ona qoşduğunuz şəriklərdən qorxmuram. Allahın elmi hər bir şeyi əhatə etmişdir. Məgər öyüd-nəsihət almırsınız?»
Kövsər Tağıyev:
Qövmü onunla mübahisəyə girdi. Dedi ki: “Məni doğru yola yönəltmişkən Allah haqqında mənimlə mübahisə etmək fikrindəsiniz? Mən sizin Ona şərik qoşduqlarınızdan qorxmuram. Ancaq Rəbbimin bir şey diləməsi istisnadır. Rəbbimin elmi hər şeyi əhatə etmişdir. Hələ düşünüb öyüd götürməyəcəksinizmi?”
M.Qənioğlu və T.Bilaloğlu:
Camaatı onunla höcətləşdi. O dedi: "Mənə düz yol göstərdiyi halda Allah barəsində mənimlə höcətləşirsiniz? Əlbəttə, Allahın dilədiyi şeylərdən başqa, mən Ona sizin qoşduğunuz şəriklərdən qorxmuram. Rəbbim biliyi ilə hər şeyi əhatə edir. Siz heç düşünməzsinizmi?
Sabirə Dünyamalıyeva:
qövmü, onunla mübahisə etdi. İbrahim dedi: "Mənə doğru yolu göstərdiyi halda, Allah haqqında mənimlə mübahisəmi edirsiniz? Ona şərik qoşduqlarınızdan heç qorxmuram. -Ancaq Rəbbimin istədiyi şey xaric olmaqla.- Rəbbim elmi ilə hər şeyi əhatə etmişdir. Hələ düşünmürsünüzmü?