Məryəm Surəsi 81. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
(Müşriklər )Allahdan başqa tanrılar qəbul etdilər ki, onlara kömək olsunlar.
Bünyadov-Məmmədəliyev:
(Müşriklər qiyamət günü) onlar üçün şəfaət diləsinlər (yaxud Allahın əzabını onlardan dəf etsinlər) deyə, Allahdan başqa tanrılar qəbul etdilər.
Elmir Quliyev :
Они стали поклоняться наряду с Аллахом другим богам, чтобы те одарили их могуществом.
Ələddin Sultanov:
Onlar özlərinə dəstək (şəfaətçi) olsun deyə, Allahdan başqa ilahlar qəbul etdilər.
Kerbelayi Malik ağa:
Onlar (bütpərəstlər) özlərinə izzət (şərəf) olsun deyə Allahdan başqa ilahlar qəbul etdilər.
Ələsgər Musayev:
Götürdülər Allahdan başqa ilahilər ki, olsunlar onlar üçün izzətli.
A.Mehdiyev və D.Cəfərli:
onlar üçün qüdrət zəfər vasitəsi olsunlar deyə Allahın yerinə məbudlar götürdülər.
Kövsər Tağıyev:
Onlar özləri üçün güc şərəf (qaynağı) olsunlar deyə Allahdan başqa ilahlar qəbul etdilər.
M.Qənioğlu və T.Bilaloğlu:
Onlar Allahı qoyub başqalarını tanrılar etdilər ki, bunlar özləri üçün möhkəm arxa olsunlar.
Sabirə Dünyamalıyeva:
onlar, özləri üçün bir qüvvə, şan, şərəf olsun deyə Allahın altındakılardan məbudlar qəbul etdilər.