Əlixan Musayev:
Sizə verdiyimiz ruzilərin təmizindən yeyin və bunda həddi aşmayın, yoxsa sizə qəzəbim tutar. Qəzəbimə gəlmiş kimsə isə bədbəxt olar.
Bünyadov-Məmmədəliyev:
Sizə verdiyimiz ruzilərin təmizindən (halalından) yeyin, lakin bunda həddi aşmayın (israfçılıq, xəsislik və nankorluq etməyin, ehtiyacı olana şəri qayda üzrə kömək göstərin), yoxsa qəzəbimə düçar olarsınız. Qəzəbimə düçar olan isə mütləq uçuruma düşüb bədbəxt (cəhənnəmlik) olar.
Elmir Quliyev
:
Вкушайте блага, которыми Мы наделили вас, но не преступайте посредством их границы дозволенного, а не то на вас падет Мой гнев. А всякий, на кого падет Мой гнев, погибнет.
Ələddin Sultanov:
Sizə verdiyimiz ruzilərin təmiz olanlarından (halalından) yeyin! Lakin bu barədə nankorluq etməyin! Yoxsa qəzəbimə düçar olarsınız. Qəzəbimə düçar olan isə, şübhəsiz ki, məhv olmuşdur.
Kerbelayi Malik ağa:
Sizə ruzi verdiyimiz təmiz şeylərdən yeyin və yediyiniz şeylərdə nankorluq etməyin. Əks halda sizə qəzəbim enər. Kimin üzərinə qəzəbim enərsə, artıq o həva olmuşdur (nəfsinin həvasına tabe olub dəlalətə düşmüşdür).
Ələsgər Musayev:
Yeyin sizə verdiyim pak ruzilərdən və onda tüğyan
etməyin, yoxsa Mənim qəzəbimə düçar olarsınız. Mənim
qəzəbim kimə yetişərsə, fəqət o, məhv olar.
A.Mehdiyev və D.Cəfərli:
Sizə verdiyimiz pak (maddi və mənəvi) ruzilərdən bəhrələnin və həmin istifadədə (şəriət və ağılın buyurduğu) həddi aşmayın ki, (əgər aşsanız) sizə Mənim qəzəbim nazil olacaqdır. Mənim qəzəbim kimə nazil olubsa, o mütləq həlakət burulğanına düşmüşdür.
Kövsər Tağıyev:
“Sizə ruzi olaraq verdiklərimizin təmiz və halal olanlarından yeyin. Bunda həddi aşmayın, yoxsa üzərinizə qəzəbim enər. Qəzəbim də kimin üzərinə enərsə, şübhəsiz, o, həlak olmuşdur”.
M.Qənioğlu və T.Bilaloğlu:
Sizə verdiyimiz gözəl ruzilərdən yeyin və bunda həddinizi aşmayın. Yoxsa Mənim sizə qəzəbim tutar. Kimə qəzəbim tutarsa, o məhv olub gedər.
Sabirə Dünyamalıyeva:
-Sizə ruzi olaraq verdiyimiz şeylərin təmizindən yeyin və bunda həddi aşmayın, yoxsa qəzəbim üstünüzə enər. Kimin üstünə qəzəbim ensə, həqiqətən o enər [yıxılar, məhv olar].