Əlixan Musayev:
Sən korları düşdükləri azğınlıqdan doğru yola çıxara bilməzsən. Sən (haqqı) yalnız müsəlman ikən ayələrimizə inananlara eşitdirə bilərsən.
Bünyadov-Məmmədəliyev:
Sən o korları düşdükləri əyri yoldan düz yola gətirə bilməzsən. Sən (haqqı) yalnız ayələrimizə inananlara eşitdirə bilərsən. Məhz onlar müsəlmandırlar. (Allaha ürəkdən inanıb Ona canla-başla itaət edərlər).
Elmir Quliyev
:
Ты не выведешь слепых из их заблуждения. Ты можешь заставить слышать только тех, которые веруют в Наши знамения, будучи мусульманами.
Ələddin Sultanov:
Sən korları zəlalətdən uzaqlaşdırıb haqq yola yönəldə bilməzsən. Sən (bu dəvəti) yalnız ayələrimizə inanıb təslim olanlara eşitdirə bilərsən.
Kerbelayi Malik ağa:
Sən korları dəlalətlərindən (çevirib) hidayət edəcək deyilsən. Sən ancaq ayələrimizə inananlara eşitdirə bilərsən. Onlar təslim olanlardır.
Ələsgər Musayev:
Sən hidayət edə bilməzsən korları öz zəlalətlərindən! Həqiqətən, sən eşitdirə bilərsən ancaq o kəsə ki, Bizim ayətlərimizlə inanar və onlar təslim olanlardır!
A.Mehdiyev və D.Cəfərli:
Sən (o) korqəlbliləri azğınlıqdan düz yola gətirən deyilsən! Sən (öz dəvətini) yalnız (təbiətlərinin tələbinə görə) iman gətir(ə bil)ənlərə eşitdirə bilərsən. Elə buna görə də (fitrətlərinə uyğun olaraq onlar Bizim müqabilimizdə) təslimdirlər.
Kövsər Tağıyev:
(Həqiqəti görməyən) korları zəlalətlərindən döndərib doğru yola gətirə bilməzsən. Sən sadəcə ayələrimizə inanıb müsəlman olanlara eşitdirə bilərsən.
M.Qənioğlu və T.Bilaloğlu:
Sən korlan da tutduqları səhv yoldan düz yola çıxara bilməzsən. Sən (haqqı) ancaq Bizim ayələrə inanıb müsəlman olanlara eşitdirə bilərsən.
Sabirə Dünyamalıyeva:
Sən korları düşdükləri azğınlıqdan çəkib çıxararaq doğru yolu göstərən də deyilsən; sən ancaq ayələrimizə iman gətirənlərə -onlar təslim olanlardır- eşitdirə bilərsən.