Ali-İmran Surəsi 81. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
Bir zaman Allah peyğəmbərlərdən: “Sizə Kitab hikmət verdikdən sonra, özünüzdəkini təsdiqləyən bir elçi gəldikdə ona mütləq inanıb yardım edəcəksiniz”– deyə əhd almış və: “Razısınızmı Mənim bu əhdimi qəbul edirsinizmi?”– demişdi. Onlar: “Razıyıq!”– demişdilər. (Allah da): “Şahid olun, Mən sizinlə bərabər şahid olanlardanam”– demişdir.
Bünyadov-Məmmədəliyev:
(Ey kitab əhli!) O vaxtı yadınıza gətirin ki, Allah peyğəmbərlərdən: “Sizə verdiyim kitab hikmətdən sonra, sizdə olanı təsdiq edən bir peyğəmbər gəldikdə ona mütləq inanıb yardım edəcəksiniz”, - deyə əhd almış onlara: “Bunu təsdiq edib, ağır olan əhdimi qəbul etdinizmi? demişdi. Onlar da: “Təsdiq etdik!” deyə cavab vermişdilər. (Bu zaman) Allah: “Elə isə (bir-birinizə) şahid olun! Mən sizinlə bərabər şahidlərdənəm”, - deyə buyurmuşdu!
Elmir Quliyev :
Вот Аллах взял завет с пророков: одарю вас из Писания и мудрости. Если же после этого к вам явится Посланник, подтверждающий истинность того, что есть у вас, то вы непременно уверуете в него и поможете ему". Он сказал: "Согласны ли вы и принимаете ли Мой завет?" Они ответили: "Мы согласны". Он сказал: "Будьте же свидетелями, и Я буду свидетельствовать вместе с вами".
Ələddin Sultanov:
Bir vaxt Allah peyğəmbərlərdən: “Sizə kitab hikmət verdim. Sonra sizdə olanı təsdiqləyən bir peyğəmbər gəldiyi zaman mütləq ona iman gətirəcək ona yardım edəcəksiniz!” deyə əhd almış onlara: “Təsdiq edib əhdimi qəbul etdinizmi?” demişdi. Onlar da: “Qəbul etdik!” - demişdilər. (O zaman Allah): “Elə isə, şahid olun! Mən sizinlə bərabər şahid olanlardanam!” demişdi.
Kerbelayi Malik ağa:
Allah nəbilərdən ‘Sizə kitab hikmət verdim. Sonra sizə bərabərinizdə olanı (Allahın sizə verdiyi kitabları) təsdiq edən bir Rəsul gəldiyi zaman Ona mütləq iman edəcəksiniz Ona mütləq yardım edəcəksiniz’ deyə misaq aldığı zaman ‘Təsdiq etdinizmi (qəbul etdinizmi?) bu ağır (əhdimi) üzərinizə götürdünüzmü?’ deyə buyurdu. (Onlar da): ‘Təsdiq etdik (qəbul etdik)’ dedilər. (Allahu Təala): ‘Elə isə şahid olun Mən sizinlə birlikdə şahidlərdənəm.’ buyurdu.
Ələsgər Musayev:
Onda götürdü Allah nəbilərdən and: «Nə ki, əta edirəm sizə kitab hikmətdən… Sonra gələcək sizin üçün rəsul təsdiq edən, ki, sizinlədir. Gərək inanasınız onun ilə yardım edəsiniz ona. Dedi: «Ə, iqrar edirsinizmi götürürsünüzmü Mənim bu ağır yükümü!» Dedilər: «İqrar edirik!» Dedi: «Onda şahid olun Mən sizinlə şahidlərdənəm!»
A.Mehdiyev və D.Cəfərli:
V? (yada sal?n) o zaman(?) ki, Allah peyg?mb?rl?rin (h?r birind?n v? onlar?n umm?tl?rind?n) ?hd-peyman ald? ki, siz? kitab v? hikm?t verdiyim zaman, sonradan (g?l?c?kd?) siz? sizinl? olan? t?sdiql?y?n bir peyg?mb?r g?ls?, ona mutl?q iman g?tirin v? kom?k edin. (Allah sonra) buyurdu: «T?sdiq etdinizmi v? bu (m?s?l?) bar?d? M?nim t?kid olunmus ?hd-peyman?m? q?bul etdinizmi?» Dedil?r: «T?sdiq etdik.» Buyurdu: «Bel? is?, (bu ?hd-peyman mubadil?sin?) sahid olun v? M?n d? sizinl? birg? sahidl?rd?n?m.»
Kövsər Tağıyev:
Bir vaxt Allah peyğəmbərlərdən: “And olsun ki, sizə verəcəyim hər kitab hikmətdən sonra əlinizdəkini təsdiq edən bir peyğəmbər gəldikdə ona mütləq iman edəcəksiniz ona mütləq yardım edəcəksiniz”, deyə söz aldı və: “Bunu qəbul etdinizmi? Verdiyim bu ağır vəzifəni öz öhdənizə götürdünüzmü?” dedi. Onlar: “Qəbul etdik”, dedilər. Allah da: “Elə isə şahid olun, mən sizinlə birlikdə şahid olanlardanam”, dedi.
M.Qənioğlu və T.Bilaloğlu:
O zaman Allah peyğəmbərlərə: "Mən sizə Kitab hikmət bəxş etdim, sonra isə sizə özünüzdəkini təsdiq edən bir peyğəmbər gəldi. Siz ona mütləq inanacaq kömək edəcəksiniz."- deyərək onlardan əhd aldı. O dedi: “Hə, təsdiq etdinizmi Mənim bu əhdimi üzərinizə götürdünüzmü?" Onlar dedilər: "Təsdiq etdik!" Allah dedi: "Onda şahid olun! Mən sizinlə şahidlərdənəm."
Sabirə Dünyamalıyeva:
bir vaxt Allah peyğəmbərlərdən: "And olsun ki, sizə kitabdan haqsızlığın, fitnə-fəsadın qarışıqlığın qarşısını almaq üçün qoyulmuş qanun, prinsip qaydalardan verdim, sonra yanınızda olanı təsdiqləyici bir elçi gəldikdə, ona mütləq inanacaq ona kömək edəcəksiniz!" deyə möhkəm əhd almışdı. Allah, "Bunu təsdiq edib, qəbul etdinizmi? bu barədə ağır əhdimi üstünüzə götürdünüzmü/verdiyiniz sözü həqiqətən yerinə yetirəcəksinizmi?" dedi. Onlar: "Təsdiq etdik!" dedilər. Allah: "Elə isə, şahid olun, Mən sizinlə birlikdə şahid olanlardanam" dedi.