Tövbə Surəsi 81. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
(Döyüşə getməyib) arxada qalanlar Allahın Elçisinin əleyhinə çıxaraq (evdə) qalmalarına sevindilər. Onlar Allah yolunda öz malları canları ilə cihad etmək istəmədilər və: “Bu istidə döyüşə çıxmayın!”– dedilər. De: “Cəhənnəm odu bundan da hərarətlidir!” Kaş anlayaydılar.
Bünyadov-Məmmədəliyev:
(Təbuk döyüşündə iştirak etməyib) arxada qalanlar (münafiqlər) Allahın Rəsuluna qarşı çıxaraq (evdə) oturub qalmalarına sevindilər, Allah yolunda malları canları ilə cihad etmək istəmədilər (möminlərə): “Bu istidə döyüşə çıxmayın!” dedilər. (Ya Peyğəmbərim!) De: “Cəhənnəm odu daha istidir!” Kaş biləydilər!
Elmir Quliyev :
Оставшиеся позади (не принявшиеся участие в походе на Табук) радовались тому, что они остались позади Посланника Аллаха. Им было ненавистно сражаться своим имуществом и своими душами на пути Аллаха, и они говорили: "Не отправляйтесь в поход в такую жару". Скажи: "Огонь Геенны еще жарче!" Если бы они только понимали!
Ələddin Sultanov:
Allahın Peyğəmbərinə qarşı çıxaraq arxada qalanlar (səfərə çıxmayıb evdə) oturmalarına sevindilər. Onlar Allah yolunda malları canları ilə cihad etməkdən xoşlanmadılar və: “İstidə döyüşə çıxmayın!” - dedilər. De: “Cəhənnəm odu daha istidir”. Kaş biləydilər!
Kerbelayi Malik ağa:
Geridə qalanlar (münafiqlər) Allahın Rəsulunun əleyhinə çıxaraq qalıb (evdə) oturmaqları ilə sevindilər. Allah yolunda malları nəfsləri (canları) ilə cihad etmək istəmədilər. ‘İstidə savaşa getməyin.’ dedilər. De ki: ‘Cəhənnəm atəşi daha şiddətli istidir.’ Kaş ki, idrak etmiş olsaydılar.
Ələsgər Musayev:
Arxada qalanlar fərəhləndilər ki, Allahın rəsuluna qarşı çıxıblar kərahətli idi ki, cihad edələr Allah yolunda malları nəfsləri ilə deyirdilər: «Bu istidə cihad etməyin!» De: «Cəhənnəmin odu daha şiddətli istidir!» - əgər anlayan olsaydılar!
A.Mehdiyev və D.Cəfərli:
(Təbuk döyüşünə aparılmayıb) yerdə qoyulanlar Allahın Peyğəmbərinin (hərəkət etməsinin) əksinə olaraq evdə oturmalarına sevindilər. Onlar Allah yolunda malları canları ilə cihad etməyi xoşlamadılar (camaata) «istidə (döyüşə) getməyin!» dedilər. De: - əgər dərindən düşünürlərsə - «Cəhənnəm odu daha istidir».
Kövsər Tağıyev:
Allahın Rəsuluna qarşı gələrək (səfərə çıxmayıb) arxada qalanlar oturub qalmalarına sevindilər. Allah yolunda malları ilə, canları ilə cihad etmək onlara xoş gəlmədi və: “Bu istidə səfərə çıxmayın”, dedilər. De ki: “Cəhənnəm odu daha istidir”. Kaş ki, anlayaydılar.
M.Qənioğlu və T.Bilaloğlu:
Allahın peyğəmbəri (döyüşə gedəndən) sonra qalanlar oturub qalmalarına sevindilər Allah yolunda öz malları canları ilə vuruşmaq istəməyərək dedilər "Belə istidə döyüşə qalxmayın!" De: "Cəhənnəm odu daha istidir". Barı onlar anlaya biləydilər.
Sabirə Dünyamalıyeva:
O geridə qoyulanlar/döyüşdə iştirak etməyənlər, Allahın Elçisinə qarşı çıxaraq oturub qalmalarına sevindilər mallarıyla, canlarıyla Allah yolunda səy göstərməyi xoşlamadılar, üstəlik "Bu istidə döyüşə çıxmayın!" dedilər. De ki: "Cəhənnəm odu daha istidir." Kaş ki, yaxşıca qavrayıb başa düşəydilər.