Taha Surəsi 82. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
Mən, həqiqətən də, tövbə edib, iman gətirib yaxşı işlər görən, sonra da doğru yolu tutanları bağışlayıram.
Bünyadov-Məmmədəliyev:
Şübhəsiz ki, Mən həm tövbə edib iman gətirəni yaxşı işlər görüb, sonra da doğru yolu tutanı çox bağışlayanam!
Elmir Quliyev :
Воистину, Я прощаю тех, кто раскаялся, уверовал, стал поступать праведно, а потом последовал прямым путем.
Ələddin Sultanov:
Həqiqətən, Mən tövbə edib iman gətirən, yaxşı işlər görən sonra da doğru yolda gedən kimsəni bağışlayanam!
Kerbelayi Malik ağa:
Şübhəsiz ki, Mən (mürşidin qarşısında) tövbə edənlər amənu olanlar saleh əməl (nəfsi islahedici əməl) işləyənlər üçün mütləq Ğaffaram. Sonra onlar hidayətə ərdirilər.
Ələsgər Musayev:
Həqiqətən, Mən bağışlayanam o kəsi ki, qayıda iman gətirə əməli saleh ola, sonra hidayət tapa.
A.Mehdiyev və D.Cəfərli:
Həqiqətən Mən (şirk küfrdən) tövbə edən, iman gətirən yaxşı işlər görən, sonra doğru yolda möhkəm dayanan (və ya insanlığın kamillik mərhələlərinə doğru istiqamətlənən) kəsi çox bağışlayanam. (Çünki İslamı qəbul edən kimi əvvəlki küfr, günahlar digər ilahi haqların kəffarə qəzaları yeni müsəlman olmuş şəxsin boynundan götürülür.)
Kövsər Tağıyev:
“Şübhə yoxdur ki, mən tövbə edib inanan saleh işlər görən, sonra da doğru yolda getməyə davam edən kimsəyə qarşı son dərəcə bağışlayıcıyam”.
M.Qənioğlu və T.Bilaloğlu:
Həqiqətən Mən tövbə edəni, əməlisaleh olub sonra düz yolla gedəni bağışlayanam.
Sabirə Dünyamalıyeva:
şübhə yox ki, Mən, tövbə edən, iman gətirib saleh əməl işləyən, sonra da yönləndirildiyi doğru yolu tapan kəslər üçün çox bağışlayanam.