Əlixan Musayev:
Şeytanlar arasından onun üçün (dəniz sularına dalıb) dalğıclıq edən və bundan başqa digər işlər görənlər də var idi. Biz onları nəzarətimiz altında saxlayırdıq.
Bünyadov-Məmmədəliyev:
Biz şeytanlardan qəvvaslıq edənləri və başqa işlər görənləri (ev tikənləri, mehrab düzəldənləri) də onun ixtiyarına verdik. Biz (Süleymanın əmrindən çıxmasınlar, gördükləri işləri təzədən korlamasınlar, fitnə-fəsad törətməsinlər deyə) onların üstündə göz olurduq.
Elmir Quliyev
:
Среди дьяволов были такие, которые ныряли для него и выполняли другие работы. Мы стерегли их.
Ələddin Sultanov:
Şeytanlardan onun üçün dənizə dalan (oradan incilər çıxaran) və bundan başqa işlər görənlər də vardı. Biz onlara nəzarət edirdik.
Kerbelayi Malik ağa:
Şeytanlardan onun üçün dalğıclıq edənlər və bundan başqa işlər görənlər də var idi. Onları (onun əmrində) mühafizə edən Biz idik.
Ələsgər Musayev:
Şeytanlardan kim ki, qəvvaslıq edirdilər onun üçün və
bundan başqa əməllər də edirdilər. Olduq Biz onlar üçün
hafizlər.
A.Mehdiyev və D.Cəfərli:
Şeytanların bəziləri onun üçün dalğıclıq edir, bundan başqa (şəhərlər salmaq, saraylar tikmək kimi digər) işlər də görürdülər. Və Biz onları həmişə (itaətsizlikdən və təbiətlərində olan xəbisliklərin ardınca getməkdən) qoruyurduq.
Kövsər Tağıyev:
Şeytanlardan Süleyman üçün dalğıclıq edən və bundan başqa işlər də görənləri onun əmrinə verdik. Onları nəzaratdə saxlayan biz idik.
M.Qənioğlu və T.Bilaloğlu:
Şeytanlardan Süleyman üçün qəvvaslıq edən və bundan başqa işlər də görənlər vardı. Biz onları [şeytanları] nəzarət altında saxlayırdıq.
Sabirə Dünyamalıyeva:
Və şeytanlardan onun üçün dalğıclıq edən və bundan daha aşağı işlər görən şeytanları da ona ram etdik. Və Biz onları qoruyurduq.