Nəml Surəsi 82. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
O söz (Qiyamət) onların başlarının üstünü aldığı zaman onlar üçün yerdən elə bir heyvan çıxardarıq ki, onlarla danışıb insanların ayələrimizə yəqinliklə inanmadıqlarını söyləyər.
Bünyadov-Məmmədəliyev:
Onlara deyilən söz yerinə yetdiyi (qiyamət yaxınlaşdığı) zaman onlar üçün yerdən (möminlərlə kafirləri xüsusi nişanla bir-birlərindən ayıran) bir heyvan çıxardarıq ki, onlarla danışıb (Bizim adımızdan): “İnsanlar ayələrimizə inanmırdılar!” deyər.
Elmir Quliyev :
Когда же свершится над ними Слово, Мы выведем к ним из земли животное, которое скажет им, что люди не были убеждены в Наших знамениях.
Ələddin Sultanov:
Onlara deyilən söz (əzab) gerçəkləşdiyi zaman yerdən onlar üçün bir məxluq (Dabbətülərz) çıxardacağıq. O, onlara insanların Bizim ayələrimizə iman gətirmədiyini söyləyəcək. (Təfsirlərdə “Dabbətülərz” adı verilən bu məxluqun canlı bir varlıq olduğu qeyd edilir. Dini mənbələrdə Dabbətülərzin bir tək canlı, yoxsa yer üzünə yayılmış müxtəlif canlılar olduğu barəsində fərqli-fərqli izahlar gətirilmişdir.)
Kerbelayi Malik ağa:
(Allahın Kitabda söylədiyi) o söz onların başlarının üstünü aldığı zaman, onlar üçün yerdən dabbə çıxardarıq. İnsanların (Kitabdakı) ayələrimizə yəqinliklə inanmadıqlarını söyləyəcək.
Ələsgər Musayev:
Onda ki, onların üzərinə söz vaqe olar, xaric edərik onlar üçün ərzdən canlını ki, kəlmə kəsər onlarla: «Həqiqətən, insanlar oldular Bizim ayətlərimizlə yəqinlik etməyənlər!»
A.Mehdiyev və D.Cəfərli:
(Dünyanın sonlarında aləmin yaradılış təsirlərindən insanlar əqli dəlillərlə Allahı qəbul etmədikdə) onlara verilən əzab vədi yerinə yetdikdə onlar üçün yerdən (möcüzəli bir tərzdə camaatın qəbul etməyə məcbur olmasından ötrü) bir canlı çıxardarıq ki, yer əhli ilə danışsın. Çünki insanlar Bizim ayələrimizə yəqinlik tapmırlar. (Bu canlının xüsusiyyətləri, zaman necə çıxması, bu sözün əsl həqiqəti ondan sonrakı nəticələr şəriət tərəfindən açıqlanmamışdır).
Kövsər Tağıyev:
(Qiyamətin qopacağına dair) həmin söz başlarına gəldiyi zaman onlar üçün yerdən bir dabbə (canlı bir məxluq) çıxararıq. O, insanların ayələrimizə yəqinliklə inanmadıqlarını onlara söyləyər.
M.Qənioğlu və T.Bilaloğlu:
Deyilənlər [vəd olunmuş əzab] başlarına gələn zaman onlar üçün yerdən elə bir heyvan çıxardardıq ki, o, dil açıb vaxtilə insanların Bizim ayələrimizə inanmadığını söyləyər.
Sabirə Dünyamalıyeva:
Söz, onların [başının] üstünü aldığı/gerçəkləşdiyi zaman, onlar üçün, insanların ayələrimizə yəqinliklə inanmadıqlarını onlara deyən/bildirən, torpaqdan/maddədən düzəldilmiş, hərəkət edən, danışan bir varlıq[#175] çıxardarıq.