Məryəm Surəsi 83. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
Məgər kafirlərin üstünə onları (günaha) sövq edən şeytanları göndərdiyimizi görmürsənmi?
Bünyadov-Məmmədəliyev:
(Ya Rəsulum!) Məgər kafirlərin üstünə onları yoldan çıxarıb günaha sövq edən şeytanları göndərdiyimizi görmədinmi?
Elmir Quliyev :
Разве ты не видишь, что Мы послали к неверующим дьяволов, чтобы те подстрекали их?
Ələddin Sultanov:
(Ey Peyğəmbər!) Kafirlərin üstünə, onları qızışdırıb günaha sövq edən şeytanları göndərdiyimizi görmədinmi?!
Kerbelayi Malik ağa:
Onları (günahlara) sövq edən şeytanları kafirlərin üzərinə necə göndərdiyimizi görmürsənmi?
Ələsgər Musayev:
Ə, görmədinmi Biz göndərdik şeytanları üzərinə kafirlərin, ta onları şiddətlə silkələsinlər?
A.Mehdiyev və D.Cəfərli:
Məgər (qəlb gözü ilə) şeytanları (öz qıcıqlandırıcı səsləri ilə) kafirləri (heyvan sürüsü kimi) yerlərindən şiddətlə (günah fəsada) təhrik etmələri üçün onların üstünə göndərməyimizi görmədin?!
Kövsər Tağıyev:
Kafirlərin üstünə onları dayanmadan (günaha azğınlığa) sövq edən şeytanları göndərdiyimizi görmədinmi?
M.Qənioğlu və T.Bilaloğlu:
Məgər sən kafirləri təhrik etsinlər deyə şeytanları onların üzərinə göndərməyimizi görmürsənmi ?
Sabirə Dünyamalıyeva:
Görmədinmi/heç düşünmədinmi? Şübhəsiz ki, Biz, şeytanları kafirlərin [Allahın məbud rəbb olduğunu bilə-bilə inkar edən kəslərin] üstünə göndərdik. Onları elə hey qızışdırırlar.