Əlixan Musayev:
Bunlar, öz qövmünə qarşı İbrahimə verdiyimiz dəlillərimizdir. Biz istədiyimiz kəsi dərəcə-dərəcə ucaldarıq. Şüb-həsiz ki, Rəbbin Müdrikdir, Biləndir.
Bünyadov-Məmmədəliyev:
Bu bizim İbrahimə öz tayfasına qarşı verdiyimiz dəlildir. Biz istədiyimiz şəxsi dərəcə-dərəcə yüksəldərik. Şübhəsiz ki, Rəbbin hikmət sahibi, elm sahibidir.
Elmir Quliyev
:
Таковы Наши доводы, которые Мы предоставили Ибрахиму (Аврааму) против его народа. Мы возвышаем по степеням, кого пожелаем. Воистину, твой Господь — Мудрый, Знающий.
Ələddin Sultanov:
Bu, öz qövmünə qarşı İbrahimə verdiyimiz dəlilimizdir. Biz dilədiyimiz kimsənin dərəcələrini yüksəldərik. Şübhəsiz ki, sənin Rəbbin hikmət sahibidir, hər şeyi biləndir. (Yuxarıdakı ayədə “dəlil” kimi tərcümə edilən “hüccət” sözünü təfsirçilər “Həzrət İbrahimə verilən təfəkkür qabiliyyəti, qavrayış və müqayisə etmə gücü” kimi izah etmişlər. Eyni zamanda ona verilmiş möcüzələr də buna şamil edilə bilər.)
Kerbelayi Malik ağa:
Bunlar İbrahimə, qövmünə qarşı verdiyimiz dəlillərimizdir. Dilədiyimiz kimsələrin dərəcələrini artırarıq. Şübhəsiz ki, sənin Rəbbin Hakimdir (hökmün və hikmətin sahibidir), Alimdir (ən yaxşı biləndir).
Ələsgər Musayev:
Budur Bizim dəlillərimiz ki, verdik onu Ibrahimə öz qoumuna qarşı. Biz ucaldırıq dərəcəsini kimin ki, istəyirik. Həqiqətən, Rəbbin Həkimdir, Alimdir!
A.Mehdiyev və D.Cəfərli:
O (tovhid barəsindəki dəlillər), Bizim dəlil-sübutumuz idi ki, qövmünün müqabilində İbrahimə əta etdik. İstədiyimiz şəxsi dərəcə-dərəcə ucaldırıq (və İbrahimi peyğəmbərlik, imamət və dostluq dərəcələri ilə ucaltdıq). Doğrudan da sənin Rəbbin xilqət və şəriətdə möhkəm yaradılış sahibi və (hər şeyi) biləndir.
Kövsər Tağıyev:
(Bax) bunlar qövmünə qarşı İbrahimə verdiyimiz dəlillərimiz(dir)... Biz dilədiyimiz kimsənin dərəcələrini yüksəldərik. Şübhəsiz ki, Rəbbin hökm və hikmət sahibidir, haqqı ilə biləndir.
M.Qənioğlu və T.Bilaloğlu:
Bu, öz camaatına qarşı İbrahimə verdiyimiz dəlilimizdir. Biz istədiyimiz kəsi dərəcə-dərəcə qaldırırıq. Həqiqətən, sənin Rəbbin hikmət sahibidir, hər şeyi biləndir.
Sabirə Dünyamalıyeva:
Və bax bunlar, öz qövmünə qarşı İbrahimə verdiyimiz dəlillərdir. Biz istədiyimiz kimsəni dərəcələrlə yüksəldərik. Şübhəsiz ki, sənin Rəbbin ən yaxşı qanun qoyan, pozulmağın qarşısını yaxşı alan/möhkəm edəndir, çox yaxşı biləndir.