Əlixan Musayev:
Əgər Allah səni onlardan bir zümrənin yanına göndərsə və onlar (döyüşə) çıxmaq üçün səndən izn istəsələr, de: “Siz bir daha mənimlə (döyüşə) çıxmayacaq və mənimlə birlikdə heç bir düş-mənlə vuruşmayacaqsınız. Çünki siz birinci dəfə (evdə) oturmağa razı oldunuz. Elə isə arxada qalanlarla bərabər, siz də (evdə) oturun!”
Bünyadov-Məmmədəliyev:
Əgər (Təbuk döyüşündən sonra) Allah səni (Mədinədə qalıb cihada çıxmayan münafiqlərdən) bir dəstənin yanına qaytarsa və onlar səndən (döyüşə çıxmaq üçün) izin istəsələr, de: “Mənimlə əsla (cihada) çıxmayacaq, mənimlə birlikdə heç vaxt heç bir düşmənə qarşı döyüşməyəcəksiniz. Çünki əvvəlcə (evdə) oturmağa razı oldunuz. İndi də arxada qalanlarla (qadınlar və uşaqlarla) birlikdə (evdə) oturun!”
Elmir Quliyev
:
Если Аллах возвратит тебя к некоторым из них, и они попросят у тебя дозволения отправиться в поход, то скажи: "Вы никогда не отправитесь со мной в поход и никогда не будете сражаться вместе со мной против врага. Вы были довольны тем, что отсиделись в первый раз. Посему отсиживайтесь вместе с теми, кто остается".
Ələddin Sultanov:
Əgər Allah səni onlardan bir dəstənin yanına qaytarsa və səndən (başqa bir döyüşə) çıxmaq üçün izin istəsələr, de ki: “Mənimlə əsla (döyüşə) çıxmayacaq və heç bir düşmənə qarşı döyüşməyəcəksiniz! Çünki siz birinci dəfə (Təbük səfərində evdə) oturmağa razı oldunuz. Ona görə də arxada qalanlarla birlikdə (evinizdə) oturun!”
Kerbelayi Malik ağa:
Bundan sonra Allah səni onlardan (geridə qalan münafiqlərdən) bir qrupun yanına göndərdiyi zaman səndən (cihada) çıxmaq üçün icazə istəyərlərsə, o zaman onlara de ki: ‘Mənimlə birlikdə əbədi olaraq əsla çıxa bilməzsiniz və mənimlə birlikdə əsla düşmənlə döyüşə bilməzsiniz. Çünki siz ilk dəfə oturmağa (geridə qalmağa) razı oldunuz. Artıq geridə qalanlarla birlikdə oturun.’
Ələsgər Musayev:
Əgər Allah
səni onlardan bir tayfanın yanına tərəf qaytara və səndən cihada
çıxmaq icazəsi istəyələr, de: «Siz heç vaxt mənimlə bərabər
cihada çıxmayacaqsınız və mənimlə bərabər düşmənlərlə
döyüşməyəcəksiniz. Həqiqətən, əvvəl evdə qalmağa razı
oldunuz. Indi oturanlarla birlikdə oturun!
A.Mehdiyev və D.Cəfərli:
Odur ki, əgər Allah səni (bu Təbuk müharibəsindən) (Mədinəyə) onlardan (döyüşdən qalmış) bir dəstəsinin yanına qaytarsa və onlar səndən (başqa bir döyüşə) çıxmaq üçün icazə istəsələr, de: «Əsla mənimlə çıxmayacaqsınız və əsla mənimlə birgə düşmənlə vuruşmayacaqsınız, çünki siz əvvəlcə döyüşdən qalmağa razı oldunuz, indi də qalanlarla (qadınlar, uşaqlar və xəstələrlə) birgə (evdə) oturun».
Kövsər Tağıyev:
Əgər (bundan sonra) Allah səni onlardan bir zümrənin yanına qaytarsa, onlar (da səfərə) çıxmaq üçün səndən izin istəsələr, de ki: “Daha siz mənimlə birlikdə əbədiyyən çıxmayacaq və mənimlə birlikdə heç bir düşmənə qarşı əsla döyüşməyəcəksiniz. Çünki siz əvvəlcədən yerinizdə oturub qalmağa razı oldunuz. İndi də arxada qalan (qadın və uşaq)larla birlikdə oturun”.
M.Qənioğlu və T.Bilaloğlu:
Əgər Allah səni onların bir dəstəsinin yanına qaytarsa və onlar döyüşə çıxmağa səndən izn istəsələr, de: "Siz heç vaxt mənimlə çıxmayacaq və mənimlə birlikdə heç bir düşmənə qarşı vuruşmayacaqsınız. Siz ilk dəfə qalmağa razı oldunuz və qalanlarla da oturun!"
Sabirə Dünyamalıyeva:
Əgər Allah səni onlardan bir dəstənin yanına qaytarsa və onlar çıxmaq üçün səndən icazə istəsələr, de ki: "Artıq siz, heç bir zaman mənimlə birgə qətiyyən çıxmayacaqsınız. Və heç bir zaman mənimlə birgə düşmənlə döyüşməyəcəksiniz. Şübhəsiz ki, siz, ilk dəfə oturub qalmağı xoşladınız. Artıq geridə qalanlarla birgə oturub qalın!"