Əlixan Musayev:
(Allah) buyurdu: “Səndən sonra camaatını sınağa çəkdik. Samirəli onları yoldan çıxartdı”.
Bünyadov-Məmmədəliyev:
(Allah: ) “Səndən sonra ümmətini imtahana çəkdik. Samiri onları yoldan çıxartdı (buzova sitayiş etdilər)”, - deyə buyurdu.
Elmir Quliyev
:
Аллах сказал: "Мы подвергли твой народ искушению после того, как ты оставил их, и самаритянин ввел их в заблуждение".
Ələddin Sultanov:
Allah dedi: “Biz səndən sonra qövmünü sınağa çəkdik. Samiri onları doğru yoldan çıxartdı. (Rəvayətə görə, Samiri İsrail oğullarının Samirə qəbiləsinə mənsub idi. O, bir buzov heykəli düzəltmiş və camaata onun ilah olduğunu söyləyərək onları Həzrət Musanın dinindən uzaqlaşdırmağa çalışmışdı.)
Kerbelayi Malik ağa:
(Allahu Təala): ‘Şübhəsiz ki, Biz beləcə sənin qövmünü səndən sonra imtahan etmişdik. Samiri onları dəlalətə düşürdü.’ dedi.
Ələsgər Musayev:
Dedi: «Sənin qoumunu səndən sonra
sınadıq və Samiri onları zəlalətə saldı».
A.Mehdiyev və D.Cəfərli:
Allah buyurdu: Biz səndən sonra sənin qövmünü sınadıq və Samiri onları (Mənə ibadətdən) azdırdı.
Kövsər Tağıyev:
Allah: “Şübhəsiz, biz səndən sonra qövmünü sınağa çəkdik. Samiri onları sapdırdı”, – dedi.
M.Qənioğlu və T.Bilaloğlu:
Allah dedi: "Biz sənin camaatını səndən sonra sınadıq və samiri [şeytanlardan biri] onlan yoldan çıxartdı".
Sabirə Dünyamalıyeva:
Allah: "Şübhəsiz ki, bax, Biz səndən sonra qövmünü imtahan etdik. Samiri də onları yoldan çıxartdı" dedi.