Nəml Surəsi 85. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
Zülm etdiklərinə görə o söz onları haqlayacaq onlar danışa bilməyəcəklər.
Bünyadov-Məmmədəliyev:
Etdikləri zülm (küfr) üzündən onlara deyilən söz yerinə yetər (vəd olunduqları əzab, müsibət başlarına gələr). Onlar heç danışa da bilməzlər!
Elmir Quliyev :
Слово свершится над ними за то, что они поступали несправедливо, и они будут безмолвствовать.
Ələddin Sultanov:
Etdikləri haqsızlıqlara görə onlara deyilən söz (əzab) gerçəkləşəcək onlar danışa bilməyəcəklər.
Kerbelayi Malik ağa:
Zülmləri səbəbiylə onlara deyilən söz (Allahın sözü) yerinə gəldi. Artıq onlar danışa bilməz.
Ələsgər Musayev:
Söz vaqe olar onların üzərinə ilə ki, zalim oldular olmaz onların nitqi!
A.Mehdiyev və D.Cəfərli:
etdikləri zülmlərə görə onlar barəsində mütləq olan əzab sözü yerinə yetirilər. Onlar heç danışa da bilməzlər. (Bu üç ayənin məzmunu da Qiyamətdən öncə olacaq hadisələrin sirlərindəndir).
Kövsər Tağıyev:
Zülm etdikləri üçün söz verilən əzab onları yaxalayar artıq danışa bilməzlər.
M.Qənioğlu və T.Bilaloğlu:
Haqsızlıq etdikləri üçün deyilənlər başlarına gələr onlar heç danışmazlar da.
Sabirə Dünyamalıyeva:
şirk qoşaraq, inanmayaraq yanlış əməl işləmələrinin müqabilində, Söz[#176] onların əleyhində gerçəkləşəcək, artıq onlar danışmayacaqlar.