Əlixan Musayev:
De: “Mən buna görə sizdən heç bir mükafat istəmirəm və mən özümdən bir şey uydurmağa çalışmıram.
Bünyadov-Məmmədəliyev:
(Ya Peyğəmbər!) De: “Mən buna (risaləti, Allahın hökmlərini təbliğ etməyə) görə sizdən heç bir əcr (mükafat) istəmirəm. Və mən özümdən bir şey uydurub deyənlərdən də deyiləm! (Allahdan mənə nə vəhy olunursa, yalnız onu sizə çatdırıram. Bu Quran mənim sözüm deyil, Allah kəlamıdır!)
Elmir Quliyev
:
Скажи: "Я не прошу у вас за это никакого вознаграждения и не обременяю себя измышлениями.
Ələddin Sultanov:
(Ey Peyğəmbər!) De: “Bunun müqabilində sizdən heç bir əvəz istəmirəm. Mən, (Quranı) özümdən uydurmamışam.
Kerbelayi Malik ağa:
De ki: ‘Sizdən ona (təbliğə) qarşılıq bir əcr (mükafat) istəmirəm. Mən özümdən bir şey uydurub deyənlərdən deyiləm.’
Ələsgər Musayev:
De: «Mən sizdən bunun üçün əcr
istəmirəm və mən təklif edənlərdən də deyiləm».
A.Mehdiyev və D.Cəfərli:
(Ya Peyğəmbər!) De: «Mən bunun (peyğəmbərlik və kitabın) müqabilində sizdən heç bir mükafat istəmirəm və mən yalandan özlərinə bir şey nisbət verən və yersiz iddia edən kəslərdən deyiləm.
Kövsər Tağıyev:
Allah belə dedi: “Bax bu doğrudur. Mən də doğrunu deyirəm:”
M.Qənioğlu və T.Bilaloğlu:
De: "Mən bunun üçün sizdən heç bir haqq istəmirəm və mən özündən uyduranlardan da deyiləm."
Sabirə Dünyamalıyeva:
De ki: "Mən Quran əvəzində sizdən bir əcr istəmirəm. Mən məsuliyyət qoyanlardan/özlərindən bir şey uyduranlardan, yük artıranlardan, iş artıranlardan da deyiləm.