Əlixan Musayev:
(Müşriklərin) Onu qoyub yalvardıqları (tanrılar) şəfaət verə bilməzlər. M(ənasını) bilərək haqqa şəhadət verənlər isə istisnadır.
Bünyadov-Məmmədəliyev:
(Müşriklərin) Ondan qeyri ibadət etdikləri (Allah yanında heç bir kəs üçün) şəfaət edə bilməzlər. Ancaq haqqa şəhadət verənlər (dildə və ürəkdə “la ilahə illallah” deyənlər) müstəsnadır. Onlar (dediklərinin haqq olduğunu) bilirlər. (Məhz belələri Allahın izni ilə şəfaət edə bilmək şərəfinə nail olacaqlar).
Elmir Quliyev
:
Те, к кому вы взываете помимо Него, не владеют заступничеством. Заступаться будут только за тех или только те, которые осознанно засвидетельствовали истину.
Ələddin Sultanov:
Ondan başqa dua etdikləriniz şəfaət etməyə qadir deyillər. Ancaq bilərək haqqa (tövhidə) şahidlik edənlər bundan istisnadır.
Kerbelayi Malik ağa:
Onların Allahdan başqa tapındıqları şeylər şəfaətə malik deyil. Haqqa şahid olanlar müstəsnadır və onlar (Haqqı) bilərlər.
Ələsgər Musayev:
O kəsləri ki, çağırırsınız Ondan
başqa, şəfaətə malik deyillər, ancaq kim ki, şəhadət verir haqq
ilə və onlar bilirlər.
A.Mehdiyev və D.Cəfərli:
Bunların Allahın yerinə çağırdıqları (bütlər, mələklər və bəzi insanlar Qiyamət günü) – (şəfaət etdiklərinin imanını və şəfaətə layiq olmasını) bilərək haqqa (Allahın birliyinə) şəhadət verən kəslər istisna olmaqla – heç bir şəfaətə (şəfaət hüququna) malik olmayacaqlar.
Kövsər Tağıyev:
Onu buraxıb tapındıqları şeylər şəfaət edə bilməzlər. Sadəcə bilərək haqqa şahidlik edənlər şəfaət edə bilərlər.
M.Qənioğlu və T.Bilaloğlu:
(Sözlərinin həqiqət olduğunu) bilərək, haqqa şəhadət verənlər istisna olmaqla, Allahı qoyub başqalarına ibadət edənlər heç bir havadarlıq tapa bilməzlər.
Sabirə Dünyamalıyeva:
Və onların, Onun altındakılardan yalvardıqları kəslər köməyə, dəstəyə, şəfaətə malik ola bilməzlər. Ancaq haqqa şahid olan, bunun xaricindədir. Onlar da bilirlər.