Taha Surəsi 87. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
Onlar dedilər: “Biz sənə verdiyimiz vədə öz ixtiyarımızla xilaf çıxmadıq. Lakin biz o xalqın zinət əşyasından olan ağır yüklərlə yüklənmişdik. Biz onları (oda) atdıq. Həmçinin samirəli (onu oda) atdı”.
Bünyadov-Məmmədəliyev:
Onlar dedilər: “Biz sənə verdiyimiz vədə öz ixtiyarımızla xilaf çıxmadıq. Amma biz (Firon) tayfasının (bir bayram günü əmanət olaraq aldığımız) zinətlərindən ibarət ağır bir yüklə yüklənmişdik. Onları (“əmanətə xəyanət haramdır” -deyərək günahdan qurtulmaq məqsədilə oda) atdıq. Samiri bizim kimi (özündə olan bəzək şeylərini oda) atdı”.
Elmir Quliyev :
Они сказали: "Мы не нарушали данного тебе обещания по своей воле. Мы были нагружены тяжелыми украшениями того народа и бросили их в огонь, и самаритянин тоже бросил".
Ələddin Sultanov:
Onlar dedilər: “Sənə verdiyimiz sözdən öz iradəmizlə dönmədik. Ancaq biz (Firon) qövmünün zinət əşyalarından ibarət bir yükü gətirmişdik. Onları (oda) atdıq. Samiri atdı”. (İsrail oğulları Samirinin əmri ilə əllərindəki zinət əşyalarını əritmək buzovu düzəltmək üçün oda atmışdılar.)
Kerbelayi Malik ağa:
‘Sənə vəd etdiyimizdən öz istəyimizlə dönmədik. Lakin biz o qövmün zinətləri ilə yüklənmişdik. Buna görə onları (əritmək üçün atəşə) atdıq. Sonra Samiri atdı.’ dedilər.
Ələsgər Musayev:
Dedilər: «Biz öz hökmümüzlə sənin vədinə xilaf etmədik. Lakin biz qoumun zinətləri ilə yüklənmişdik. Biz atdıq onları beləcə atdı Samiri».
A.Mehdiyev və D.Cəfərli:
Dedilər: Biz sənin vədinə öz ixtiyarımızla xilaf çıxmadıq. Lakin bizim çiynimizə (Fironun) qövmün(ün) çoxlu miqdarda zinəti qoyulmuşdu. Onları (od kürəsinə) atdıq, həmçinin Samiri (özündə olanları) atdı.
Kövsər Tağıyev:
Belə dedilər: “Sənə verdiyimiz sözdən öz istəyimizlə boyun qaçırmadıq. Lakin biz Misir xalqının zinətlərindən ağır bir yük götürmüşdük. Onları oda atdıq. Eyni şəkildə Samiri atdı”.
M.Qənioğlu və T.Bilaloğlu:
Onlar dedilər: "Biz sənə verdiyimiz vədə özbaşına xilaf çıxmadıq. Lakin bizi (Firon) camaatının zinət şeylərindən olan yüklərlə yüklədilər. Biz onları (oda) atdıq, samiri atdı".
Sabirə Dünyamalıyeva:
Onlar dedilər ki: "Biz sənə verdiyimiz vədə öz ixtiyarımızla xilaf çıxmadıq. Lakin biz o qövmün zinətlərindən bəzi yüklər götürmüşdük. Sonra onları atdıq. Sonra da bax beləcə, Samiri bizim ağlımıza saldı."