Əlixan Musayev:
Özündən başqa ilah olmayan Allah, (baş verəcəyinə) şübhə edilməyən Qiyamət günü sizi mütləq( bir yerə) toplayacaqdır. (Verdiyi) xəbərdə Allahdan daha doğru (söyləyən) kim ola bilər?
Bünyadov-Məmmədəliyev:
Allahdan başqa heç bir tanrı yoxdur. Olacağına şübhə edilməyən qiyamət günü hamınızı (bir yerə), əlbəttə, O toplayacaqdır. Allahdan daha doğru danışan kim ola bilər?!
Elmir Quliyev
:
Аллах — нет божества, кроме Него! Он непременно соберет вас ко Дню воскресения, в котором нет сомнения. Чья речь правдивее речи Аллаха?
Ələddin Sultanov:
Allahdan başqa heç bir ilah yoxdur! Şübhəsiz, O, qopacağına şəkk olmayan qiyamət günü sizi bir yerə toplayacaqdır. Allahdan daha doğru danışan kimdir?!
Kerbelayi Malik ağa:
Allah ki, Ondan başqa ilah yoxdur. Sizi haqqında şübhə olmayan qiyamət günündə mütləq bir yerə toplayacaq. Allahdan daha doğru sözlü kim vardır?
Ələsgər Musayev:
Allah - yoxdur Ilahi, ancaq Odur! Cəm edəcək sizi
qiyamət günündə, yoxdur şübhə onda. Kim doğrudur Allahdan
hədisnən?
A.Mehdiyev və D.Cəfərli:
Tək olan Allahdan başqa bir tanrı yoxdur. Sizi mütləq, (qəbirlərinizdən) barəsində heç bir şəkk-şübhə olmayan Qiyamət gününə (hesaba) toplayacaqdır. Sözdə kim Allahdan daha doğruçu ola bilər?!
Kövsər Tağıyev:
Allah ondan başqa heç bir ilah olmayandır. And olsun ki, sizi qiyamət günündə mütləq, bir yerə toplayacaq. Bunda əsla şübhə yoxdur. Allahdan daha doğru sözlü olan kimdir?
M.Qənioğlu və T.Bilaloğlu:
Allah ki Ondan başqa tanrı yoxdur. Həqiqətən, O, heç bir şübhə doğurmayan qiyamət günündə sizi mütləq bir yerə toplayacaqdır. Allahdan daha doğru sözlü olan kimdir?!
Sabirə Dünyamalıyeva:
Allahdan başqa məbud deyə bir şey yoxdur. O, həqiqətən sizi, barəsində şübhə olmayan qiyamət günündə toplayacaq. Və Allahdan daha doğru danışan kim ola bilər?