Əlixan Musayev:
Əgər onlardan özlərini kimin yaratdığını soruşsan, əlbəttə: “Allah!”– deyərlər. (Gör) necə də (haqdan) döndərilirlər!
Bünyadov-Məmmədəliyev:
And olsun ki, əgər onlardan özlərini kimin yaratdığını soruşsan, mütləq: “Allah!” – deyə cavab verəcəklər! Elə isə (haqdan) necə döndərilirlər?
Elmir Quliyev
:
Если ты спросишь у них, кто сотворил их, они непременно скажут: "Аллах". До чего же они отвращены от истины!
Ələddin Sultanov:
Əgər onlara özlərini kim yaratdı deyə sual versən, əlbəttə: “Allah!” - deyəcəklər. Bəs necə olub (haqq yoldan) döndərilirlər?!
Kerbelayi Malik ağa:
Əgər həqiqətən onlara: ‘Onları kim yaratdı?’ deyə soruşsan, mütləq ‘Allah’ deyəcəklər. Buna baxmayaraq (Haqqdan) necə döndərilirlər?
Ələsgər Musayev:
Əgər sual etsən onlardan kim onları
xəlq edib, deyərlər: «Allah!» Bəs niyə üz döndərirlər?
A.Mehdiyev və D.Cəfərli:
Əgər onlardan (elə) onları(n özlərini) kimin yaratdığını soruşsan «Allah» deyə (cavab verə)cəklər. (Çünki onlar yaradılışda deyil, rübubiyyətdə şirkə düçar olmuşlar.) Belə isə (haqdan) necə və hara döndərilirlər (və uluhiyyət və xaliqiyyəti rübubiyyətdən ayırırlar)?
Kövsər Tağıyev:
And olsun, onlardan özlərini kimin yaratdığını soruşsan, əlbəttə: “Allah”, – deyərlər. O halda necə döndərilirlər?
M.Qənioğlu və T.Bilaloğlu:
And olsun ki, sən onlardan özlərini kimin yaratdığını soruşsan, əlbəttə "Allah" - deyərlər. Elə isə necə olur ki, (haqdan) döndərilirlər.
Sabirə Dünyamalıyeva:
Yenə and olsun ki, əgər onlardan, özlərini kimin yaratdığını soruşsan, mütləq: "Allah" deyərlər. O halda, necə döndərilirlər!