Hicr Surəsi 88. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
Onların bəzi təbəqələrinə verdiyimiz (fani) dünya malına gözünü dikmə, onlara görə kədərlənmə, möminlərlə yumşaq davran
Bünyadov-Məmmədəliyev:
(Kafirlərin) bəzi zümrələrinə verdiyimizə (fani dünya malına) rəğbət gözü ilə baxma (və ya gözünü dikmə, çünki bunların arxasınca küfr edənləri dəhşətli bir əzab gözləyir), onlardan (onlar iman gətirmədiklərindən) ötrü kədərlənmə (yaxud onlara verdiyimiz sərvətə görə qəmgin olma, axirətdə səni daha böyük nemətlər gözləyir), möminləri qanadın altına al (iman gətirənlərə qarşı təvazökar olub yumşaq davran onları himayə et!)
Elmir Quliyev :
Не заглядывайся на блага, которыми Мы наделили некоторых из них, и не печалься о них. Склони свои крылья перед верующими (будь добр и милосерден к ним)
Ələddin Sultanov:
Onlardan bəzi zümrələrə verdiyimiz dünya malına əsla göz dikmə, onlara görə kədərlənmə möminləri qanadının altına al (onlara qarşı təvazökar mərhəmətli ol)!
Kerbelayi Malik ağa:
Onlardan bir qisminə bol-bol verdiyimiz şeylərə gözlərini dikmə. Onlar üçün qəmgin olma. Möminləri qanadının altına al (himayə et).
Ələsgər Musayev:
Göz ört tərəfinə ki, mətahlandırmışıq onunla zövcləri onlardan hüznlü olma üzərində onların cinahını möminlər üçün.
A.Mehdiyev və D.Cəfərli:
Gözlərini onların bəzilərini bəhrələndirdiyimiz şeylərə dikmə onlara (iman gətirməyənlərə) görə qəmgin olma öz təvazökarlıq qanadını möminlər(in üstün)ə sər.
Kövsər Tağıyev:
Kafirlərdən bir qismini faydalandırdığımız şeylərdə gözün qalmasın. Onlara görə kədərlənmə möminləri (şəfqət) qanadının altına al.
M.Qənioğlu və T.Bilaloğlu:
Sənin onların bəzisinə firavanlıq üçün verdiyimiz şeylərdə gözün qalsın, sən onlara kədərlən. Qanadını iman gətirənlərin üstünə sal.
Sabirə Dünyamalıyeva:
Əsla onlardan bəzi kəslərə əta etdiyimiz, faydalanmaqlarına izn verdiyimiz şeylərə; mal sərvətə həvəs edib gözünü dikmə. Onlar üçün kədərlənmə də... Sən qanadlarını möminlərin [üstünə] sər.