Kəhf Surəsi 88. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
İman gətirib yaxşı görən kimsəyə isə ən gözəl mükafat veriləcəkdir. Biz ona əmrimizdən asan olanı buyuracağıq”.
Bünyadov-Məmmədəliyev:
İman gətirib yaxşı görənləri isə ən gözəl mükafat (Cənnət) gözləyir. Biz ona asan bir şey əmr edəcəyik!” (Onu Allaha yaxınlaşdırmaq üçün bacardığımız hər şeyi oruc, namaz, zəkat, cihad s. öyrədəcək, gücü çatmayan bir işi isə görməyə vadar etməyəcəyik).
Elmir Quliyev :
Тому же, кто уверовал и поступает праведно, будет наилучшее воздаяние, и мы скажем ему наши легкие повеления".
Ələddin Sultanov:
İman gətirib saleh əməl edən kimsəyə gəldikdə, onun üçün ən gözəl mükafat vardır. Biz ona asan işləri buyuracağıq”.
Kerbelayi Malik ağa:
Lakin kim amənu olsa saleh əməl (nəfsini islahedici əməl) edərsə, bundan sonra onun mükafatı gözəldir (cənnətdir dünya səadətidir). Ona əmrimizdən asan olanı söyləyəcəyik (tətbiq edəcəyik).
Ələsgər Musayev:
Amma kim ki, inandı saleh əməl etdi, onun üçün yaxşı mükafat var deyəcəyik onun üçün əmrimizdən yüngül olanı!»
A.Mehdiyev və D.Cəfərli:
«Və iman gətirən yaxşı görən şəxsə gəldikdə isə, onun üçün çox gözəl bir mükafat vardır tezliklə öz əmrlərimizdən ona asan bir söz deyəcəyik (ona asan işlər buyurarıq).»
Kövsər Tağıyev:
“Kim iman edər saleh işlər görərsə, ona mükafat olaraq daha gözəli var. (Üstəlik) ona əmrimizdən asan olanını söyləyəcəyik”.
M.Qənioğlu və T.Bilaloğlu:
Kim ki, iman gətirib əməlisaleh olubsa, ona mükafat olaraq xeyirxahlıq ediləcək biz ona öz əmrimizlə asan işlər buyuracağıq".
Sabirə Dünyamalıyeva:
Amma hər kim iman edər saleh əməl işlərsə, artıq buna da ən gözəl əvəz vardır. Biz ona əmrimizdən asan olanı söyləyəcəyik."