Əlixan Musayev:
Sən dağlara baxıb onları hərəkətsiz durmuş güman edərsən, halbuki onlar bulud keçdiyi kimi keçib gedərlər. (Bu,) hər şeyi kamil şəkildə edən Allahın işidir. Şübhəsiz ki, O, etdiklərinizdən xəbərdardır.
Bünyadov-Məmmədəliyev:
(O gün) dağlara baxıb onları donmuş (hərəkətsiz durmuş) zənn edərsən, halbuki onlar bulud keçdiyi kimi keçib gedərlər. Bu, hər şeyi bacarıqla (yerli-yerində) edən Allahın gördüyü işdir. Həqiqətən, O, etdiyiniz (bütün) əməllərdən xəbərdardır!
Elmir Quliyev
:
И ты увидишь, что горы, которые ты считал неподвижными, придут в движение, словно облака. Таково творение Аллаха, Который выполнил все в совершенстве. Воистину, Он ведает о том, что вы делаете.
Ələddin Sultanov:
Sən dağları görüb onların sabit durduğunu zənn edərsən. Halbuki, onlar buludların keçdiyi kimi keçərlər. Bu, hər şeyi mükəmməl edən Allahın sənətidir. Həqiqətən, O, sizin etdiklərinizdən xəbərdardır. (Bəzi təfsirçilərə görə, bu ayə dünyanın hərəkət etdiyinə işarə edir. Yəni, ayədəki “dağların buludlar kimi keçməsi” ifadəsi yer kürəsinin hərəkətdə olduğuna dəlalət edir.)
Kerbelayi Malik ağa:
Sən dağlara baxıb hərəkətsiz sanarsan. O, bulud kimi hərəkət edər. Bu hər şeyi kamil şəkildə edən Allahın yaratmasıdır. Şübhəsiz ki, O, etdiklərinizdən xəbərdardır.
Ələsgər Musayev:
Görərsən dağları, hansı ki, hesab edərdin onu hərəkətsiz – budur onlar gedirlər, nə qədər, buludlar gedirlər. Allah – Odur ki, külli şeyi tam edərək başa çatdırandır! Həqiqətən, O Xəbirdir nə ilə ki, fəaliyyətlisiniz!
A.Mehdiyev və D.Cəfərli:
(O gün) dağları görüb, onları hərəkətsiz və donmuş zənn edərsən. Halbuki, onlar buludun keçdiyi kimi hərəkət edərlər. (Bu) hər bir şeyi möhkəm və əsaslı yaradan Allahın işidir. (Başlanğıc aləmində görülən işin möhkəmliyinin tələbi də bir gün aləmin dağılması və nəticə aləminin yaranmasıdır). Həqiqətən O, etdiklərinizin hamısından xəbərdardır. (Və həmin gün haqq-hesab soruşulacaqdır).
Kövsər Tağıyev:
Dağları görüb onları hərəkətsiz zənn edirsən. Halbuki onlar buludların keçdiyi kimi hərəkət edirlər. Bu, hər şeyi yerli-yerində edən Allahın yaratmasıdır. Şübhəsiz, Allah etdiklərinizdən haqqı ilə xəbərdardır.
M.Qənioğlu və T.Bilaloğlu:
Sən dağlara baxaraq onları hərəkətsiz hesab edirsən, halbuki onlar hər şeyi kamil edən Allahın əməli ilə buludların keçdiyi kimi ötüb keçirlər. Şübhəsiz ki, O, sizin nə etdiklərinizdən xəbərdardır.
Sabirə Dünyamalıyeva:
Və sən dağları görərsən; sən onları donuq, hərəkətsiz güman edərsən. Halbuki onlar, hər şeyi möhkəm yaradan Allahın əsəri olaraq, buludun keçib getməsi kimi keçib getməkdədir. Şübhəsiz ki O, əməllərinizdən tamamilə xəbərdardır.