Ənam Surəsi 88. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
Bu, Allahın hidayətidir. Bununla O, qullarından istədiyi şəxsi doğru yola yönəldir. Əgər (Ona) şərik qoşsaydılar, əlbəttə, etdikləri əməllər puç olardı.
Bünyadov-Məmmədəliyev:
Bu, Allahın haqq yoludur. Bəndələrindən istədiyini ona yönəldir. Əgər onlar (Allaha) şərik qoşsaydılar, etdikləri əməllər puça çıxardı.
Elmir Quliyev :
Таково руководство Аллаха, посредством которого Он ведет прямым путем тех из Своих рабов, кого пожелает. Но если бы они приобщили сотоварищей, то стало бы тщетным все, что они совершали.
Ələddin Sultanov:
Bu, Allahın doğru yoludur. O, qullarından dilədiyi kimsəni o yola yönəldər. Əgər onlar (Allaha) şərik qoşsaydılar, şübhəsiz, onların etdikləri əməllər puça çıxardı.
Kerbelayi Malik ağa:
Bu Allahın hidayətidir. Qullarından dilədiyini onunla hidayət edər. Əgər şirk qoşsaydılar, əlbəttə etmiş olduqları şeylər puç olardı.
Ələsgər Musayev:
Bu- Allahın hidayətidir! Hidayət edir onunla bəndələrindən kimi istəyir. Əgər onlar şərik qoşsalar, etdikləri əməllər məhv olub gedər!
A.Mehdiyev və D.Cəfərli:
Bu, Allahın hidayətidir ki, bəndələrindən istədiyini onunla hidayət edir. Əgər onlar (o uca məqamlarına baxmayaraq Allaha) şərik qoşsaydılar, şübhəsiz, etdikləri bütün xeyir əməllər aradan gedər puç olardı.
Kövsər Tağıyev:
Bu, Allahın hidayətidir ki, qullarından istədiyini buna yönəldər. Əgər onlar da Allaha şərik qoşsaydılar, bütün etdikləri boşa gedərdi.
M.Qənioğlu və T.Bilaloğlu:
Bu, Allahın Öz istədiyi bəndələrinə göstərdiyi yoldur. Əgər (Ona) şərik qoşsaydılar gördükləri hədər gedərdi.
Sabirə Dünyamalıyeva:
Bax bu, Allahın yönəltməsidir. O, qullarından istədiyini doğru yola yönəldər. əgər onlar şərik qoşsaydılar, həqiqətən işlədikləri əməllər boşa gedərdi.