Əlixan Musayev:
(Allah) dedi: “Hər ikinizin duası qəbul olundu. (Dəvətinizdə) möhkəm olun və nadanların yoluna uymayın!”
Bünyadov-Məmmədəliyev:
(Allah) buyurdu: “Hər ikinizin duasını qəbul etdim. Siz (öz dəvətinizdə və təbliğinizdə) sabitqədəm olun və cahillərin yoluna uymayın!
Elmir Quliyev
:
Он сказал: "Ваша молитва принята. Ступайте прямым путем и не следуйте за теми, кто не обладает знанием".
Ələddin Sultanov:
Allah buyurdu: “İkinizin də duası qəbul olunmuşdur. Ona görə də haqq yolunda möhkəm olun və bilməyənlərin yolundan getməyin!”
Kerbelayi Malik ağa:
(Allahu Təala) belə buyurdu: ‘İkinizin duası qəbul edilmişdir. Artıq ikiniz də sabitqədəm olun. Məndən uzaqlaşan və bilməyən kimsələrin (cahillərin) yoluna tabe olmayın.’ dedi.
Ələsgər Musayev:
Dedi: «Əlbəttə, istəyiniz qəbul olundu. Siz sabitqədəm
olun və tabe olmayın o kəslərin yoluna ki, bilmirlər!»
A.Mehdiyev və D.Cəfərli:
(Allah) buyurdu: «Siz iki nəfərin duası mütləq qəbul olundu. Buna görə də (boynunuza qoyulmuş ilahi vəzifənin çatdırılmasında) möhkəm və mətin olun və əsla bilməyənlərin yolu ilə getməyin.»
Kövsər Tağıyev:
Sonra bunun ardından bir çox peyğəmbəri öz qövmünə göndərdik. Onlara açıq-aşkar möcüzələr gətirdilər. Lakin onlar öncə inkar etdikləri şeyə inanacaq deyildilər. Biz həddi aşanların qəlblərini belə möhürləyərik.
M.Qənioğlu və T.Bilaloğlu:
Allah dedi: "Hər ikinizin duası qəbul edildi. Düz gedin, cahillərin yolu ilə əsla getməyin".
Sabirə Dünyamalıyeva:
Allah: "Hər ikinizin duası həqiqətən qəbul olundu. Elə isə ikiniz doğru yolda olmağa davam edin. Və bilməyən kəslərin yolunu əsla getməyin!" dedi.