Hud Surəsi 89. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
Ey qövmüm! Qoy mənimlə olan ixtilafınız, Nuh qövmünün, yaxud Hud qövmünün, yaxud Saleh qövmünün başına gələnlərin eynisini sizin başınıza gətirməsin. Lut qövmü sizdən uzaq deyildir”.
Bünyadov-Məmmədəliyev:
Ey qövmüm! Mənə qarşı olan ədavətiniz (qorxun ki) Nuh tayfasının, Hud camaatının Saleh qövmünün başına gələnləri sizin başınıza gətirməsin. Lut tayfası da sizdən uzaq deyildir! (Mənə qarşı düşmənçilik etsəniz, onların başına gələn müsibətlər, sizin başınıza gələr).
Elmir Quliyev :
О мой народ! Пусть ваши разногласия со мной не обрекут вас на то, что постигло народ Нуха (Ноя), или народ Худа, или народ Салиха. Народ Лута (Лота) также недалек от вас.
Ələddin Sultanov:
Ey qövmüm, mənə qarşı olan ədavətiniz Nuh qövmünün, yaxud Hud qövmünün ya Saleh qövmünün başına gələnlərin eynisini sizin başınıza gətirməsin! Lut qövmü sizdən uzaq deyildir.
Kerbelayi Malik ağa:
Ey qövmüm, mənə qarşı gəlməyiniz Nuhun (ə.s) qövmünün ya Hudun (ə.s) qövmünün ya Salehin (ə.s) qövmünün başına gələn müsibətlərin bir bənzərini sizin başınıza gətirməsin! Lutun (ə.s) qövmü sizdən uzaq deyil.
Ələsgər Musayev:
Ay qoumum! Sizin mənimlə müxalifətliyiniz Nuh qoumuna, ya Hud qoumuna, ya Saleh qoumuna yetişən bəla müsibəti sizə yetirməsin Lut qoumunun zamanı sizdən çox uzaq deyil.
A.Mehdiyev və D.Cəfərli:
«Və ey mənim qövmüm, mənimlə müxalifət düşmənçiliyiniz sizi Nuhun qövmünə, ya Hudun qövmünə, yaxud Salehin qövmünə gələnlərin (tufan, suda batmaq, zəhərli külək, səmadan gələn bağırtı zəlzələnin) bənzərinin sizə gəlməsinə gətirib çıxarmasın! Lutun qövmü (zaman məkan baxımından) sizdən o qədər uzaq deyildir.»
Kövsər Tağıyev:
“Ey qövmüm! Mənə qarşı olan ədavətiniz Nuh qövmünün ya Hud qövmünün, yaxud da Salih qövmünün başına gələnin bir bənzərini sizin başınıza gətirməsin. (Və unutmayın ki,) Lut qövmü sizdən uzaq deyil”.
M.Qənioğlu və T.Bilaloğlu:
Ey camaatım, qoy mənimlə olan ixtilafınız sizi inadkarlığa vadar etməsin, yoxsa Nuh tayfasına, Hud tayfasına ya Saleh tayfasına üz verən (müsibət) sizin başınıza gələr. Lut tayfası da ki sizdən uzaqda deyildir.
Sabirə Dünyamalıyeva:
ey qövmüm! [Qorxun ki,] Mənə qarşı gəlməyiniz sizi Nuh qövmünün ya Hud qövmünün ya Saleh qövmünün başlarına gələn müsibətlər kimi bir müsibətə düçar etsin. Lut qövmü sizdən çox uzaq deyil; onlarla sizin inanış davranışınız eynidir/Lut qövmü, haqqında kafi məlumata sahib olduğunuz bir qövmdür.