Əlixan Musayev:
O gün hər ümmətə özlərindən bir şahid göndərəcəyik, səni də onlara şahid gətirəcəyik. Biz Kitabı sənə hər şey üçün bir izah, müsəlmanlara da doğru yolu göstərən rəhbər, mərhəmət və müjdə olaraq nazil etdik.
Bünyadov-Məmmədəliyev:
Qiyamət günü hər ümmətə özlərindən bir şahid (hər ümmətin öz peyğəmbərini) göndərəcəyik (tutacağıq). (Ya Rəsulum!) Səni də bunlara (öz ümmətinə) şahid gətirəcəyik. Biz Quranı sənə hər şeyi (dini hökmləri, halal-haramı, günahı və savabı) izah etmək üçün, müsəlmanlara (və ya Allahın vəhdaniyyətini qəbul edən bütün insanlara) da bir hidayət, mərhəmət və müjdə olaraq nazil etdik!
Elmir Quliyev
:
В тот день Мы выставим против каждой общины свидетеля из их числа, а тебя выставим свидетелем против этих. Мы ниспослали тебе Писание для разъяснения всякой вещи, как руководство к прямому пути, милость и благую весть для мусульман.
Ələddin Sultanov:
O gün hər bir ümmətə, öz içlərindən bir şahid göndərəcəyik. Səni də bunlara şahid gətirəcəyik. Kitabı sənə, hər şeyi bəyan edən və müsəlmanlar üçün hidayət, rəhmət və müjdə olaraq nazil etdik.
Kerbelayi Malik ağa:
O gün bütün ümmətlərin içində onların üzərinə onların özlərindən bir şahid bəas edərik (vəzifəli edərik). Səni də onların üzərinə şahid olaraq gətirdik. Sənə hər şeyi bəyan edən (açıqlayan), hidayətə ərdirən və rəhmət olan Kitabı müsəlmanlara (Allaha təslim olanlara) müjdə olaraq endirdik.
Ələsgər Musayev:
O gün qaldırarıq külli ümmətdə onların üzərinə
özlərindən şahidlər və Biz səni də bunların üzərinə şahid
gətirərik. Nazil etdik sənin üzərinə kitabı ki, külli şeyi bəyan
edəndir və hidayətdir və rəhmətdir və bəşarətdir təslim olanlar
üçün.
A.Mehdiyev və D.Cəfərli:
Və (yada sal) o gün(ü) ki, hər bir ümmətdə onlara öz (iç)lərindən (hər bir ümmət üçün onların peyğəmbərlərini, yaxud hər bir əsrin insanları üçün həmin əsrin məsumunu) şahid gətirəcəyik və səni (də) bu ümmətə (ya əsrlərin şahidlərinə) şahid gətirəcəyik. Və hər bir şeyin (elm və maariflərin) dolğun açıqlaması və aydınlaşdırıcısı və müsəlmanlar üçün başdan-başa hidayət, rəhmət və müjdə mənbəyi olan bu kitabı sənə nazil etdik.
Kövsər Tağıyev:
(Ey Muhamməd!) Hər ümmətə özlərindən bir şahid göndərəcəyimiz, səni də onlara bir şahid olaraq gətirəcəyimiz günü düşün. Biz sənə bu kitabı hər şey üçün bir izah, doğru yolu göstərən bir bələdçi, bir rəhmət və müsəlmanlar üçün bir müjdə olaraq endirdik.
M.Qənioğlu və T.Bilaloğlu:
O günü Biz hər millətin içərisinə özlərindən özlərinə qarşı bir şahid göndərərik, səni də onlara qarşı şahid göndərərik. Biz Kitabı sənə hər şeyi açıqlayacaq düz yol göstəricisi, mərhəmət və müjdə olaraq nazil etdik.
Sabirə Dünyamalıyeva:
Və Biz o gün, hər ümmətin içində, özlərindən öz əleyhlərinə bir şahid göndərəcəyik. Səni də bu kafirlərin üstünə şahid gətirəcəyik. Biz bu kitabı da, hər şeyi açıqlayan və müsəlmanlara bir bələdçi, bir mərhəmət və bir müjdə olaraq sənə nazil etmişik.